İmişli nin növbəti mövsüm Qubada oynamayacağı dəqiqləşdi AÇIQLAMA
Fanat saytından verilən məlumata görə, Icma.az xəbər verir.
"İmişli" növbəti mövsüm rəqiblərini Qubada qəbul etməyəcək.
Bunu Fanat.Az-a Premyer Liqa təmsilçisinin icraçı direktoru Aqşin Mürsəlov deyib:
"Növbəti mövsüm ev oyunlarımızı Qubada keçirməyəcəyimiz böyük ölçüdə dəqiqləşib. Çünki orada olan texniki problemlər həll olunmayıb və görünən odur ki, bu istiqamətdə təşəbbüs yoxdur. Kompleksin qazonunun əsas problemi drenaj sisteminin yoxluğudur. Üzləşdiyimiz çətinliklə bağlı rəqib komandalardan iradlar olurdu.
Müzakirə edirik, yəqin ki, Ağzu variantına üstünlük veriləcək. İndiki halda ən münasibi məhz budur. Amma Yevlax variantı da ola bilər. Yaxın günlərdə harada məskunlaşacağımız barədə qərar veriləcək".
Qeyd edək ki, "İmişli" Premyer Liqadakı debüt mövsümündə - 2025/26-da ev oyunlarını əvvəlcə (3 tur ərzində) Şamaxıda, daha sonra isə Quba Olimpiya Kompleksində keçirib.
Mirağa
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:126
Bu xəbər 18 İyun 2026 13:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















