İmişli nin Sənan Qurbanov planı EKSKLÜZİV
sport24.az saytına istinadən Icma.az xəbər verir.
Misli Premyer Liqasın yeni mövsüm hələ start götürməsə də, artıq bir klubda baş məşqçi dəyişikliyi gündəmə gəlib. Sport24.az-ın əldə etdiyi məlumata əsasən, "İmişli" rəhbərliyi futbolçuların portuqaliaylı çalışdırıcı Xorxe Kaskilyadan narazılığını nəzərə alaraq, "sükan arxasına" yerli mütəxəssis dəvət etməyi planlaşdırır.
Mənbəmizin sözlərinə əsasən, "pələnglər" ilk turlarda uğursuzluğa düçar olacağı təqdirdə rəsmilər Sənan Qurbanovu baş məşqçi postuna dəvət etməyi düşünür.
Qeyd edək ki, Qurbanov karyerası ərzində "Qəbələ"nin, "Keşlə"nin (indiki "Şamaxı") baş məşqçisi kimi çalışıb. "Neftçi"də isə baş məşqçinin köməkçisi olub. 45 yaşlı mütəxəssis "Qəbələ" və "Keşlə" ilə ölkə kubokunun qalibi olub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:57
Bu xəbər 14 Avqust 2025 11:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















