“İmişli” “Şamaxı”: meydan sahibi rəqibə qarşı ilk qolunu axtarır
Idman.biz saytından alınan məlumata görə, Icma.az bildirir.
Futbol üzrə Misli Premyer Liqasının doqquzuncu turunda 25 oktyabrda “İmişli” “Şamaxı”nı qəbul edəcək.
İdman.Biz xəbər verir ki, qarşılaşma Bakı vaxtı ilə saat 15:00-da Yevlax şəhər stadionunda başlayacaq. Matçın baş hakimi Rauf Cabarov olacaq.
Turnir cədvəlində “Şamaxı” 13 xalla yeddinci pillədədir, komanda son yeddi oyunda məğlub olmayıb. “İmişli” isə 7 xal toplayıb.
Komandalar çempionatda indiyədək üç dəfə qarşılaşıb. “Şamaxı” bir qələbə qazanıb, iki oyun heç-heçə ilə yekunlaşıb. Bu görüşlərdə cəmi bir qol vurulub: 7 noyabr 2025-ci ildə “Şamaxı” doğma meydanda 1:0 hesabı ilə qalib gəlib. 22 fevral və 8 mart 2026-cı ildə keçirilən son iki matç isə qolsuz heç-heçə ilə bitib. “İmişli” bu rəqibə qarşı hələ qol vura bilməyib.
Qeyd edək ki, “İmişli” ötən turda “Turan Tovuz”u 1:0 hesabı ilə məğlub edib, “Şamaxı” isə “Şəfa”ya 3:2 hesabı ilə qalib gəlib.
Baxış sayı:71
Bu xəbər 25 Oktyabr 2026 10:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















