Icma.az
close
up
RU
İmişlidə barama tədarükü kümçülər qısa vaxtda 2 tondan çox məhsul təhvil veriblər

İmişlidə barama tədarükü kümçülər qısa vaxtda 2 tondan çox məhsul təhvil veriblər

Azertag saytına istinadən Icma.az xəbər verir.

İmişli, 10 iyun, Aydın Yavərzadə, AZƏRTAC

İmişli kümçüləri bir neçə gündür barama tədarükünə başlayıblar.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, rayon üzrə bu günə kimi 2 tondan çox yaş barama təhvil verilib.

İlham Cəfərov da bu il ipəkqurdu bəsləyib. Deyir ki, baramaçılıq maraqlı və gəlirli sahədir: "Ötən ay 60 qram toxum təhvil aldım. Bəslənmə dövrü bitib, qurdlar artıq pup sarıma mərhələsindədir. Qurdların böyüməsi, hərəkət etməsi və pup sarıması üçün rəflər hazırladıq. İndi zəhmətimizin bəhrəsin toplayırıq, təxminən 150-160 kiloqram yaş barama təhvil verəcəyəm. Artıq ilk məhsulumuzu tədarük etmişik".

İpəkqurdu bəsləyən Famil Əhmədov da bir neçə ildir hər mövsüm barama saxlamaq üçün toxum təhvil alır. Onun sözlərinə görə, baramaçılıq qısa vaxt ərzində əlavə qazanc əldə etmək üçün çox faydalı sahədir. “Ötən illərə nisbətən bu mövsüm daha çox - altı qutu toxum götürdüm. Bu il hava şəraiti də yaxşı olduğu üçün qurdların böyüməsi tezləşdi, ötən il 37-38 gün ərəfəsində yaş barama təhvil vermişdimsə, bu il 32-ci günündə artıq qurdlar tam pup sarıma halına keçdi və məhsulu toplayaraq təhvil verdim", - deyə o əlavə edir.

Digər kümçü Əzimi İsmayılzadə isə indiyədək 35-40 kiloqram məhsul təhvil verib. O, bu mövsüm 120-130 kiloqram yaş barama tədarük etməyi planlaşdıırır.

İmişli rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən verilən məlumata görə, bu il rayonda 80 kümçüyə 150 qutu toxum paylanılıb və ümumilikdə 6 tona yaxın yaş barama tədarükü gözlənilir. Baramaçılığın inkişafı üçün yem bazası kimi mövcud tut bağlarından istifadə edilib və rayon ərazisində Çin və yerli mənşəli çəkil ağacları var.

Ötən il İmişli kümçüləri tərəfindən 4 tondan çox yaş barama yığılaraq təvil verilmişdi.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:107
embedMənbə:https://azertag.az
archiveBu xəbər 10 İyun 2025 12:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see210

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see210

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see190

İnklüziv və autizm spektrində olan uşaqların iştirakı ilə səhnə əsəri nümayiş etdirildi

24 Yanvar 2026 12:38see184

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see172

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see162

Xərçəng riskini azaldan sadə vərdişlər Həkimdən vacib açıqlama

24 Yanvar 2026 09:58see160

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see160

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see159

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see157

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see155

Donald Trampdan İlham Əliyevlə bağlı təşəkkür paylaşımı

24 Yanvar 2026 06:04see152

Azərbaycan Trampın yaratdığı Sülh Şurasında qərar verən qlobal aktora çevrilir

24 Yanvar 2026 02:53see149

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see148

“ABŞ ın əlində İrana qarşı hələ tam istifadə etmədiyi 3 imkan qalmaqdadır. Bunlardan ikisi...” ARAŞDIRMA

24 Yanvar 2026 14:51see147

NATO Cənubi Qafqaza Bakıdan baxır

24 Yanvar 2026 01:15see146

Aqrar sahənin xarici əlaqələri: uğurlar, perspektivlər

24 Yanvar 2026 01:47see143

Yaşayış minimumuna keçid aztəminatlı əhalinin sosial müdafiəsini gücləndirəcək

24 Yanvar 2026 12:20see139

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see139

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri