İmişlidə güclü yanğın: iki rayondan dəstək gəldi
Icma.az, Axar.az portalına istinadən məlumat verir.
İmişli rayonunda yanğın baş verib.
Axar.az Report-a istinadən xəbər verir ki, hadisə İmişli şəhəri Zəfər prospektində yerləşən tamet istehsalı sexində qeydə alınıb.
Belə ki, əvvəlcə sexin yaxınlığındakı kol-kos sahədə yanğın başlayıb. Yanğın qısa müddətdə güclənib və obyektə keçib.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin İmişli Rayon Yanğından Mühafizə Hissəsinin əməkdaşları və texnikası cəlb olunub. Sexdəki yanğın söndürülüb, hazırda kol-kos sahədə olan yanğının söndürülməsi üçün tədbirlər görülür. Bunun üçün Saatlı və Beyləqandan da yanğınsöndürənlər cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.
Bu mövzuda digər xəbərlər:İmişlidə güclü yanğın Ölən var
26 Yanvar 2026 12:37
İmişlidə güclü yanğın başlayıb VİDEO
27 Fevral 2026 20:39
İmişlidə güclü yanğın: Kürdəmirə doğru yayılır
27 Fevral 2026 21:29
İmişlidə GÜCLÜ YANĞIN
26 Yanvar 2025 21:39
İmişlidə yanğın olub, iki nəfər zəhərlənib
06 Noyabr 2025 16:12
Baxış sayı:111
Bu xəbər 03 İyun 2026 19:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















