İmişlidə Müəllimlər Günü münasibətilə tədbir keçirilib Fotolar
Qafqazinfo saytına istinadən Icma.az xəbər verir.
5 oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə İmişli rayonunda tədbir keçirilib.
“Qafqazinfo” xəbər verir ki, tədbirdə İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev, YAP İmişli Rayon Təşkilatının sədri Səfa Ağayev, İmişli Təhsil Sektorunun məsul əməkdaşları, müəllimlər və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Tədbirdə giriş nitqi ilə çıxış edən icra başçısı müəllimləri peşə bayramı münasibətilə səmimiyyətlə təbrik edib, onların cəmiyyətin inkişafında, gənc nəslin vətənpərvər, bilikli və məsuliyyətli vətəndaş kimi formalaşmasında əvəzsiz rol oynadıqlarını vurğulayıb. Bildirib ki, bu gün müstəqil Azərbaycanda təhsil sistemində irimiqyaslı islahatlar prosesi artıq dönməz xarakter alıb.
Ölkə rəhbərliyinin təhsil sahəsinə diqqət və qayğısı sayəsində milli təhsilimizin aydın sabahını təmin edəcək “İnkişaf Proqramları” uğurla reallaşdırılır, təhsilin davamlı inkişafına yönəlmiş əsaslı tədbirlər həyata keçirilir. Bu tədbirlər sırasından təhsil müəssisələrinin maddi-texniki və tədris bazasının möhkəmləndirilməsi xüsusi prioritet təşkil edir.
İcra başçısı çıxışında 2 oktyabr 2026-cı il tarixində keçirilmiş Yeni Azərbaycan Partiyasının (YAP) VIII Qurultayının tarixi əhəmiyyətinə diqqət çəkərək qeyd edib ki, Qurultayda Prezident cənab İlham Əliyev ölkənin ictimai-siyasi, sosial-iqtisadi həyatına, regional və beynəlxalq proseslərə dair mühüm məsələlərə toxunaraq dünyaya əhəmiyyətli mesajlar vermişdir. Bildirib ki, Dövlət başçısının çıxışında strateji hədəflər, ölkənin gələcək inkişafı, milli təhlükəsizlik və ideoloji məsələlərlə yanaşı, təhsilin cəmiyyət və dövlət üçün əhəmiyyəti də xüsusi yer almışdır.
Daha sonra YAP İmişli Rayon Təşkilatının sədri Səfa Ağayev, təhsil işçiləri və rayon ictimaiyyətinin nümayəndələri çıxış edərək müəllimlərin fədakar əməyindən, təhsil sahəsində aparılan islahatlardan və gənc nəslin inkişafında müəllimlərin mühüm rolundan danışıblar.
Sonda təhsilin inkişafında səmərəli fəaliyyətinə və gənclərin təlim-tərbiyəsində göstərdiyi xidmətlərə görə bir qrup fəal müəllim RİH başçısının Fəxri Fərmanı ilə təltif edilib.











Bu mövzuda digər xəbərlər:
Baxış sayı:103
Bu xəbər 07 Oktyabr 2026 09:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















