Icma.az
close
up
RU
İmişlidə Taleh Bağırzadəyə azadlıq tələbi səsləndirilib SABİQ DEPUTATDAN İLGİNC İDDİA

İmişlidə Taleh Bağırzadəyə azadlıq tələbi səsləndirilib SABİQ DEPUTATDAN İLGİNC İDDİA

Gununsesi saytından verilən məlumata görə, Icma.az xəbər verir.

İmişlidə baş verən avtoqəza nəticə etibarı ilə ağır hadisədir. Hadisə nəticəsində iki azyaşlı həlak olub, biri Bakıya gətirilib, digəri isə komadadır. Hadisə ehtiyatsızlıqdan baş verən cinayət əməlidir. Baş Prokurorluq və Daxili İşlər Nazirliyi hadisə ilə bağlı cinayət işi açıldığını bildirib. Araşdırma aparılacaq, hadisəyə hüquqi qiymət veriləcək”.

Gununsesi.info xəbər verir ki, bu fikirləri Demokrat.az-a açıqlamasında İmişlinin sabiq deputatı, hüquq müdafiəçisi Çingiz Qənizadə bildirib.

Çingiz Qənizadə bildirib ki, İmişli hadisəsi ilə bağlı onu narahat edən başqa məsələlər var:

“Bu məsələ bir qrup İmişli sakininin baş vermiş hadisəyə reaksiyasıdır. İmişlidə əlaqə saxladığım bir çox seçicilərim bildirir ki, hadisə yerinə gələn bir qrup vətəndaş xəsarət alan şəxləri yadlarından çıxararaq, tamamilə fərqli şüaurlar səsləndiriblər. Həmin şəxslər “Taleh Bağırlıya azadlıq” şüarını səsləndirərək, polis maşınına hücum çəkiblər.

Görüntülərdən aydın olur ki, bu şəxslər kimlərsə tərəfindən təhrik edilərək hadisə yerinə gətirilib. Məqsəd baş verən hadisəni siyasi məcraya yönəltməklə özlərinin çirkin niyətlərini təbliğ etməkdir. Hətta, onların qarşısına çıxan bir neçə polis əməkdaşı ilə əlbəyaxa dava edib, polisə xəsarət yetiriblər. Polisə qarşı bu cür davranış, texniki avadanlıqlara ziyan yetirmək qəbuledilməzdir”.

Hüquq müdafiəçisi qeyd edib ki, baş vermiş hadisədən sui-istifadə etmək və kimlərinsə divident əldə etməyə çalışması onu daha da incidir:

“Aparılan araşdırmalar zamanı hadisədən sonra polis əməkdaşlarına güc tətbiq edən və əmlaka zərər vuranlarla bağlı saxlanılanlar var. Bir ağır hadisə nəticəsində digər ağır hadisə meydana gəlib. Bunların hamısının arxasında müəyyən çirkin niyətli qüvvələr dayanır. Onlar insanları təxribata təhrik etməklə özlərinin siyasi niyətlərini reallaşdırmaq istəyirlər. Ölkədə ictimai siyasi sabitlik hökm sürdüyü üçün müəyyən qüvvələr bu sabitliyin pozulması üçün çalışır. Həm xaricdən, həm də sosial şəbəkələr üzərindən hüquq mühafizə orqanlarının hərəkətlərinə başqa don geyindirərək, onları gözdən salmağa, xalqın inamını azaltmağa çalışırlar.

10 il deputat olduğum İmişlidə mənə xoş münasibəti olan bütün insanlara səslənirəm ki, tam sabitliyin qorunmasına nail olunsun, bu cür təxribatlara gedilməsin. Hər bir halda hadisə ehtiyatsızlıqdan baş verib. Sükan arxasında kimin olmasından asılı olmayaraq, heç kim bu cür avtoqəzalardan sığortalanmayıb. Hər kəs əmin olsun ki, hadisəyə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə uyğun qiymət veriləcək”.

Gununsesi.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:217
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 19 Yanvar 2025 14:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see357

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see236

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see232

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see231

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see224

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see223

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see221

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see218

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see217

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see213

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see207

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see206

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see205

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see200

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see200

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see200

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see199

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see199

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see199

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see199
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri