İmişlidə toyda zəhərlənənlərin sayı artdı − Vəziyyəti ağır olanlar var
Icma.az, Yeniavaz portalına istinadən məlumat verir.
İmişlidə toyda zəhərlənmə şübhəsi ilə bağlı xəstəxanaya müraciət edənlərin sayı artıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb.
Qeyd olunub ki, sentyabrın 24-də saat 14:10 radələrindən etibarən zəhərlənmə şübhəsi ilə 74 nəfər (8-i uşaq olmaqla, 35-i kişi, 4-ü uşaq olmaqla, 39-u qadın cinsli) İmişli Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Onlara qeyri-infeksion enterit və kolit diaqnozu təyin olunub və hər birinə zəruri tibbi yardım göstərilib.
Vəziyyəti ağır qiymətləndirilən 5 nəfər (2-si kişi, 3-ü qadın cinsli) Kliniki Tibbi Mərkəzə təxliyə edilib. Vəziyyəti qənaətbəxş qiymətləndirilən 56 nəfər (26-sı qadın, 30-u kişi cinsli) ambulator müalicə üçün evə buraxılıb. 4 nəfər isə iltizamnamə əsasında ixtisaslı tibbi xidmətdən imtina edib.
Vəziyyətləri stabil qiymətləndirilən digər 9 nəfərin müalicələri müvafiq şöbələrdə davam etdirilir.
Bu mövzuda digər xəbərlər:İmişlidə toyda zəhərlənənlərin son durumu YENİLƏNİB
24 Sentyabr 2025 18:54
İmişlidə zəhərlənənlərin sayı 59 a çatıb
25 Sentyabr 2025 10:15
İmişlidə zəhərlənənlərin sayı artır Prokurorluq araşdırmalara BAŞLADI
24 Sentyabr 2025 23:48
Sumqayıtda zəhərlənənlərin vəziyyəti AÇIQLANDI
13 Yanvar 2025 12:21
İmişlidə yol qəzasında xəsarət alanların vəziyyəti açıqlanıb YENİLƏNİB
09 Oktyabr 2025 15:15
Baxış sayı:93
Bu xəbər 26 Sentyabr 2025 19:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















