Icma.az
close
up
RU
İmişlinin deputatına İmişlidə hörmətsizlik

İmişlinin deputatına İmişlidə hörmətsizlik

Icma.az bildirir, Cebheinfo portalına istinadən.

"Dünən İmişli İcra Hakimiyyətinin dəvəti üzrə İmişlidə keçirilən “Peşəfest” tədbirinə qatıldım və ciddi hörmətsizlik gördüm. 

Tədbirin əsas təşkilatçısı Dövlət Məşğulluq Agentliyi idi. Yer çox darısqal və keçilməz olsa da, normal təşkil olunmuşdu. Məni israrla dəvət etmişdilər. Hələ  İcra Hakimiyyəti və Dövlət Məşğulluq Agentliyi ayırd edə bilmir ki, məni kim dəvət etmişdi". 

"Cebheinfo.az" xəbər verir ki, bunu deputat Razi Nurullayev deyib.   Deputat əlavə edib ki, əslində heç kimin dəvət etdiyinin dəxli də yoxdur: 

"Deputat fiziki olaraq gözünüzün önündədir, sizə başqa nə lazım idi? 

Mən bunu özümə qarşı yox, öz timsalımda dövlətin ali orqanına qarşı hörmətsizlik kimi qəbul edirəm. Sevdiyim rayonuma getdim, xəstələrə baş çəkdim, yas məclislərində oldum, evləri ziyarət etdim, seçicilərimlə qaynayıb-qarışdım. Amma unudulmaz hörmətsizliyiniz mənə yox, sizlərə söz gətirəcək və təəssüf ki, mənim də yaddaşımda qalacaq. 

Yeri gəlmişkən, qeyd etməliyəm ki, məni görən kimi Dövlət Məşğulluq Agentliyinin əməkdaşları hörmətlə görüşdülər və tədbir başlamazdan öncə məni bir neçə stendlə də tanış etdilər. Ümumiyyətlə, bir çox dövlət orqanları, vətəndaş cəmiyyəti institutları və özəl təşkilatlar deputatı israrla dəvət edirlər, sonra isə nə protokol gözləyirlər, nə diqqət göstərirlər, nə də qabiliyyətlə qəbul edə bilərlər. 

Şəxsən mənim buna ehtiyacım yoxdur, çünki iştirakçıların, qonaqların hörmətini hər zaman görürük və bu şəxsən mənə kifayətdir. Söhbət deputatın timsalında Milli Məclisə qoyduğunuz hörmətdən gedir. 

Mənim xoşum gəlməyən məmurlar da var, içərisində fəaliyyətindən narazı qaldığım yüksək post tutanlar da var, amma mən onlara böyük hörmətlə yanaşıram. Protokolu da gözləyirəm və lazımi diqqəti də göstərirəm. Çünki onlar dövləti təmsil edirlər. Mən dövlətimə hörmət və izzətlə yanaşıram". 

Vilayət Muxtar 
"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:177
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 02 Oktyabr 2025 12:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see571

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see412

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see289

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see256

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see252

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see245

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see245

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see243

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see239

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see233

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see232

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see227

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see225

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see221

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see199

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see193

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see191

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

28 Oktyabr 2026 03:37see188

Noyabrda bu 4 bürcün həyatında yeni mərhələ başlaya bilər

28 Oktyabr 2026 05:14see172

Sofiya Qubaydulinanın 95 illiyinə həsr olunmuş “Sükutun bəstəkarı” adlı konsert keçirildi (Foto)

27 Oktyabr 2026 21:39see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri