Icma.az
close
up
RU
Menu

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

Yuxusuzluq infarkt və insult riskini artırır Həkimdən xəbərdarlıq

Dublin səfəri Azərbaycanın Avropa siyasətinin yeni istiqamətlər üzrə paralel şəkildə inkişaf etdiyini göstərdi ŞƏRH

Bakını qoyub Ağstafaya köçdü 87 yaşlı Xalq artistinin həyatı necə keçir?

TÜRK MÜDAFİƏ SƏNAYESİNİN YENİ UĞURU... 51 dronu bir neçə saniyədə məhv edir + VİDEO

Azərbaycanın İKT sektorunda rekord artım: Region ölkələri ilə fərq nə qədərdir?

SÖZÜN İŞIĞINDA KEÇƏN ÖMÜR Qazi şair Ədalət Nicatın 60 illiyi qeyd olunub

Ozan Güven “Aşk ı Memnu”nun “Behlül”ü ola bilərmiş

İngiltərə İspaniyanı məğlub edərək qrup lideri OLDU

Azərbaycanda sərnişin mikroavtobusu qəzaya uğradı: Çox sayda yaralı var Video

2040 cı ilə qədər qlobal iqtisadiyyatda nə baş verəcək: Azərbaycan hansı mövqedə olacaq?

Bakıda temperatur 7 8 dərəcə enəcək Növbəti 3 günün hava proqnozu

“Boranı” restoranı ilə bağlı iddia: Tək gəldiyi üçün müştəriyə girişə icazə verilmədi

Leyla Əliyeva İSESKO nun Baş direktoru ilə görüşüb

Paşinyan Pnompendə Bakı və İrəvan arasında sülhdən danışdı

Belçikadan möhtəşəm geridönüş: İtaliya darmadağın edildi

İtaliyadan Ukraynaya yeni hərbi dəstək: İki peykin radar məlumatları veriləcək

Futbol turniri valideynlərin davranışına görə dayandırıldı

İmmun sistemi barədə 5 ən böyük mif və real tibbi həqiqətlər

İmmun sistemi barədə 5 ən böyük mif və real tibbi həqiqətlər

Icma.az, Bakivaxti portalına istinadən məlumat verir.

Müasir dövrdə immun sistemi ilə bağlı kifayət qədər məlumat olsa da, bu sahədə elmi əsaslara söykənən düzgün yanaşma xüsusilə vacibdir. İmmunitetin “gücləndirilməsi” ilə bağlı geniş yayılmış fikirlərin fonunda əsl tibbi həqiqətlər nələrdir? İmmun sistemi necə işləyir, onun zəifləməsi hansı hallarda real problem sayılır və laborator analizlər nə zaman tələb olunur?

Bakıvaxtı.az xəbər veri ki, bu suallara Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, terapevt Nahid Məhərrəmov aydınlıq gətirib.

Mütəxəssis immun sisteminin əsas funksiyalarını, anadangəlmə və qazanılmış immunitetin fərqlərini, eləcə də immun zəifliyi ilə bağlı doğru və yanlış yanaşmaları izah edir.

- İmmun sisteminin əsas funksiyası nədir?

- İmmun sisteminin əsas funksiyası orqanizmi yad və potensial zərərli təsirlərdən qorumaqdır. Bunlara bakteriyalar, viruslar, göbələklər, parazitlər və şiş hüceyrələri daxildir. Müasir tibbi yanaşmada immun sistemi təkcə infeksiyalara qarşı mübarizə aparan mexanizm kimi deyil, eyni zamanda daxili nəzarət və tarazlıq sistemi kimi qəbul edilir. O, yad antigenləri tanıyır, onları zərərsizləşdirir, zədələnmiş və mutasiyaya uğramış hüceyrələri aradan qaldırır və gələcəkdə eyni patogenlə qarşılaşdıqda daha sürətli cavab vermək üçün immun yaddaşı formalaşdırır. Bir sözlə, immun sistemi vasitəsilə biz xəstəliklərdən qorunuruq.
İctimai sağlamlıq sahəsində infeksiyaların monitorinqi və nəzarəti ilə məşğul olmaq,immun sistemini həm fərdi, həm də cəmiyyət səviyyəsində əsas qoruyucu amilə çevirir.Bu yanaşma xüsusilə peyvənd proqramları və epidemioloji nəzarət strategiyalarında öz əksini tapır.

- Anadangəlmə immunitet nədir?

- İmmun sistemi funksional baxımdan iki əsas hissədən ibarətdir və bunlar bir-biri ilə sıx əlaqədə işləyir. Onlardan biri anadangəlmə immunitet, digəri isə qazanılmış immunitetdir.

Anadangəlmə immunitet insanın doğulduğu andan mövcud olan müdafiə mexanizmidir və qeyri-spesifik xarakter daşıyır. Bu o deməkdir ki, sistem konkret bir mikroorqanizmə qarşı deyil, ümumi təhlükələrə qarşı reaksiya verir. O, orqanizmin ilk müdafiə xətti hesab olunur və çox qısa müddət ərzində aktivləşir.

Bu müdafiə mexanizminə dəri və selikli qişalar kimi fiziki maneələr, mədə turşusu və müxtəlif fermentlər kimi kimyəvi baryerlər, eləcə də neytrofillər, makrofaqlar və təbii killer hüceyrələri kimi hüceyrəvi komponentlər daxildir. Komplement sistemi də bu mexanizmin mühüm hissəsidir və patogenlərin zərərsizləşdirilməsində iştirak edir. Anadangəlmə immunitet sürətli və effektiv ilkin cavab təmin edir.

- İmmunitet zəifliyini göstərən əsas laborator analiz və testlər varmı?

- İmmunitet zəifliyi anlayışı tibbdə dəqiq meyarlara əsaslanır və yalnız subyektiv şikayətlər əsasında qiymətləndirilmir. Xəstədən tam anamnez topladıqdan sonra müayinələr əsasında qərar verilir. Ən sadə ilkin müayinə tam qan analizidir. Bu analiz leykositlərin ümumi sayını və onların diferensial paylanmasını göstərir. Leykositlərin aşağı və ya yuxarı olması immun sistemində funksional pozğunluğa işarə edə bilər.

İmmunoqlobulinlərin səviyyəsinin təyini də vacibdir. IgG, IgA və IgM səviyyələrinin aşağı olması humoral immun çatışmazlıq göstəricisi ola bilər. Limfosit dəyərləri də xüsusi əhəmiyyət daşıyır. Komplement sisteminin komponentləri də qiymətləndirilə bilər.

Klinik vəziyyətdən asılı olaraq əlavə genetik testlər tətbiq olunur.

Laborator nəticələr hər zaman klinik tablo ilə birlikdə dəyərləndirilir. Məsələn, vitamin D səviyyəsinin aşağı olması avtomatik olaraq ciddi immun çatışmazlıq demək deyil və klinik əlamətlərlə uzlaşdırılmalıdır.

- İmmunitet zəifliyinin simptomları nələrdir?

- İmmun sisteminin zəifliyi özünü ən çox təkrarlayan və ağır gedişli infeksiyalarla göstərə bilər. Xüsusilə tez-tez baş verən respirator infeksiyalar, təkrarlanan pnevmoniyalar və uzunmüddətli antibiotik ehtiyacı diqqət çəkir. Göbələk infeksiyalarının davamlı xarakter alması, yaraların gec sağalması və səbəbi izah olunmayan xroniki yorğunluq da mümkün əlamətlərdəndir.
Uşaqlarda böyümə və inkişaf geriliyi də immun çatışmazlıqdan şübhələnməyə əsas verə bilər.

İmmun çatışmazlıqlar genetik mənşəli ola bilər. Digər hallarda isə kimyaterapiya, metabolik pozğunluqlar, ağır qidalanma çatışmazlığı və ya xroniki stress nəticəsində ikincili immun çatışmazlıq inkişaf edə bilər.

- Sağlam qidalanma immuniteti gücləndirirmi?

- Sağlam və balanslı qidalanma immun sisteminin normal fəaliyyəti üçün vacibdir, lakin onu gücləndirən vasitə kimi qəbul etmək düzgün deyil. İmmun hüceyrələrin və anticisimlərin sintezi üçün kifayət qədər zülal və uyğun vitamin və mikroelement qəbulu zəruridir.

Liflə zəngin qidalar bağırsaq sağlamlığını dəstəkləyir və immun sistemin tənzimlənməsində mühüm rol oynayır.

Sağlam insanlarda əlavə vitamin və mineral qəbulunun immun sistemini gücləndirdiyinə aid sübutlar mövcud deyil. Lakin real çatışmazlıq aşkar edildikdə onun korreksiyası vacibdir və bu, immun funksiyanın normallaşmasına kömək edə bilər.
İmmun sistemi mürəkkəb və çoxsəviyyəli müdafiə mexanizmidir. O, patogenlərlə mübarizə aparır, hüceyrə nəzarətini təmin edir və immun yaddaşı formalaşdırır. Anadangəlmə immunitet sürətli və qeyri-spesifik müdafiə təmin edir. Qazanılmış immunitet isə spesifik və uzunmüddətli qoruma yaradır. İmmunitet zəifliyi yalnız klinik və laborator meyarlarla təsdiqlənə bilər və sağlam həyat tərzi, balanslı qidalanma, kifayət qədər yuxu və stressin idarə olunması immun sağlamlığın qorunmasında mühüm rol oynayır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:150
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 02 Mart 2026 11:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see323

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see292

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see287

Yuxusuzluq infarkt və insult riskini artırır Həkimdən xəbərdarlıq

15 Noyabr 2026 14:28see238

Dublin səfəri Azərbaycanın Avropa siyasətinin yeni istiqamətlər üzrə paralel şəkildə inkişaf etdiyini göstərdi ŞƏRH

15 Noyabr 2026 13:13see237

Bakını qoyub Ağstafaya köçdü 87 yaşlı Xalq artistinin həyatı necə keçir?

15 Noyabr 2026 15:50see235

TÜRK MÜDAFİƏ SƏNAYESİNİN YENİ UĞURU... 51 dronu bir neçə saniyədə məhv edir + VİDEO

15 Noyabr 2026 19:14see230

Azərbaycanın İKT sektorunda rekord artım: Region ölkələri ilə fərq nə qədərdir?

15 Noyabr 2026 13:53see228

SÖZÜN İŞIĞINDA KEÇƏN ÖMÜR Qazi şair Ədalət Nicatın 60 illiyi qeyd olunub

15 Noyabr 2026 13:40see220

Ozan Güven “Aşk ı Memnu”nun “Behlül”ü ola bilərmiş

16 Noyabr 2026 02:02see216

İngiltərə İspaniyanı məğlub edərək qrup lideri OLDU

16 Noyabr 2026 01:51see211

Azərbaycanda sərnişin mikroavtobusu qəzaya uğradı: Çox sayda yaralı var Video

15 Noyabr 2026 16:38see207

2040 cı ilə qədər qlobal iqtisadiyyatda nə baş verəcək: Azərbaycan hansı mövqedə olacaq?

15 Noyabr 2026 14:02see198

Bakıda temperatur 7 8 dərəcə enəcək Növbəti 3 günün hava proqnozu

15 Noyabr 2026 09:13see188

“Boranı” restoranı ilə bağlı iddia: Tək gəldiyi üçün müştəriyə girişə icazə verilmədi

15 Noyabr 2026 21:02see184

Leyla Əliyeva İSESKO nun Baş direktoru ilə görüşüb

15 Noyabr 2026 04:16see184

Paşinyan Pnompendə Bakı və İrəvan arasında sülhdən danışdı

15 Noyabr 2026 15:38see183

Belçikadan möhtəşəm geridönüş: İtaliya darmadağın edildi

16 Noyabr 2026 01:56see179

İtaliyadan Ukraynaya yeni hərbi dəstək: İki peykin radar məlumatları veriləcək

15 Noyabr 2026 22:01see174

Futbol turniri valideynlərin davranışına görə dayandırıldı

16 Noyabr 2026 01:15see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri