Icma.az
close
up
RU
İmmuniteti necə möhkəmləndirmək olar?

İmmuniteti necə möhkəmləndirmək olar?

Saglamolun saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Əlbəttə ki, qəti şəkildə - “bütün xəstəliklərin səbəbi immunitetin zəif olması ilə əlaqədardır” - demək düzgün deyil.

Saglamolun.az bildirir ki, xəstəliklərin əksəriyyəti müxtəlif səbəblərin toplanması nəticəsində baş verir, bu səbəblər arasında immunitet olmaya da bilər. Eyni zamanda bir çox müxtəlif xəstəliklər (həmçinin ağır və təhlükəli xəstəliklər) də vardır ki, onlar öz inkişafına məhz immunitetin zəiflənməsi zamanı başlayırlar. Buna görə immun sistemini hər zaman "döyüşə" tam hazır vəziyyətdə saxlamaq çox-çox vacibdir. Bəs, bunun üçün nə etmək lazımdır?

Gəlin, bir anlığa bədənlərindəki əzələ kütləsini aramsız olaraq artırmaqla məşğul olan kulturistlərə nəzər yetirək. Hər bir kulturist yaxşı bilir ki, o öz bədənindəki əzələləri nə qədər çox məşq etdirərsə (əlbəttə ki, müəyyən bir həddə qədər), nəticə də daha yaxşı olacaq: əzələlərin kütləsi daha çox “şişirdilmiş” olacaqdır. Yəni əzələ kütləsini artırmaq üçün müəyyən dərəcədə olmaqla daimi fiziki gərginlik tələb olunur. Əgər əzələlərin məşq etdirilməsi dayandırılarsa, əzələ kütləsi azalmağa başlayacaq və bir müddət keçdikdən sonra həmin adamın əvvəllər qaldıra bildiyi çəkilərə (və ya həmin fiziki yüklənməyə) gücü çatmayacaqdır. Digər tərəfdən, əgər trenajorlarda əldən düşənə qədər məşq edilərsə, əlbəttə ki, bu da heç bir yaxşı nəticə verməz və orqanizm bir müddətdən sonra sadəcə olaraq zəifləyəcəkdir.

İndi isə gəlin, bizim immun sistemi barədə olan söhbətə qayıdaq. Əzələlər kimi bu sistemin orqanlarını da “məşq etdirmək” lazımdır. Əgər bu edilməzsə, immun sistemi orqanlarının funksiyası zəifləyir. Bu isə onların vəzifə fəaliyyətinin də (orqanizm üçün “yad” hesab olunanların hamısına qarşı tez və adekvat şəkildə cavab vermək) zəifləməsinə səbəb olur. Bu səbəbdən də insanlar tez-tez soyuqlayır, infeksion xəstəliklərə tutulurlar və s.

Bəs immun sistemi orqanlarını necə “məşq etdirmək” olar? Axı onlar əzələ deyil. Ancaq bunu etmək mümkündür.

Misal üçün, müşahidələrə görə, hər cür vasitələrlə valideynləri tərəfindən, hava cərəyanından (“skvoznyak”) qorunan, daim isti geyindirilən, cüzi soyuq olduqda təmiz havaya çıxarılmayan və s. üsullar vasitəsilə "qorunan" uşaqlar daha tez-tez və daha ağır xəstələnirlər. Bu, eyni qaydada böyüklərə də aiddir.

Beləliklə, yaxşı sağlamlığın və yaxşı immunitetin əsası – sağlam (təbii) həyat tərzidir. Əfsuslar osun ki, müasir insanlar bundan get-gedə daha da uzaqlaşırlar.

“Sağlam həyat tərzi” nə deməkdir?

- Düzgün, xeyirli, təbii qidalarla qidalanmaq. Heç zaman həddindən artıq yeməmək, vaxt olduqca yüngülləşdirici qida qəbulu günləri keçirmək. Ancaq bu zaman tam ac qalmamaq, uzun müddət ərzində kəskin pəhriz rejimləri də tətbiq etməmək tövsiyə olunur. Daim normal şəkildə qidalanmayan və ya daim həddən artıq yeyən insanların immun sistemi xeyli dərəcədə zəifləmiş olur!

- Özünü hər zaman kifayət qədər fiziki aktivliklə təmin etmək – gəzmək, trenajor zalına, hovuza getmək, rəqs etmək və s. Əlbəttə ki, bu zaman fiziki aktivlik müəyyən həddlərdə olmalıdır. Həddindən artıq fiziki gərginlik də immunitetin zəifləməsinə səbəb olur! Onu da qeyd etmək istərdik ki, daha yaxşı effekt verməsi üçün mümkün olduqca fiziki hərəkətləri açıq havada icra etmək lazımdır. Bu mümkün olmadıqda isə, sadəcə olaraq təmiz havada gəzmək və ya qaçmaq yaxşı olar. Yaponları yadınıza salın: onların kiçiklərindən tutmuş böyüklərinə qədər, hamı bədən tərbiyəsi ilə açıq havada məşğul olmağı çox sevirlər. Ola bilər ki, məhz buna görə, həmçinin kifayət qədər xeyirli və balanslaşdırılmış mətbəxə malik olmaları, onları dünyada ən üzun ömür sürən millətlərdən etmişdir.

Beləliklə, immun sisteminin ən güclü stimulyatorları – qida, hava və fiziki aktivlikdir. Məhz bu təbii vasitələrin köməyilə orqanizmi daim şəkildə stimulyasiya etmədən, immunitetini süni şəkildə möhkəmləndirmək cəhdləri, yalnız qısa bir müddət ərzində müsbət nəticə verə bilər.

Yadda saxlamaq lazımdır ki, istənilən orqan və ya sistemi məşq edilmədikdə onların funksiyasının zəifləməsinə gətirib çıxarır! Bu, bütün orqanlar kimi, əlbəttə ki, immun sistemi üçün də düzgün və ədalətli hesab olunur.

Saglamolun.Az


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:146
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 16 Noyabr 2024 10:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Mükafat üçün daha nə etməlidir?”

08 Oktyabr 2026 17:16see366

Hicab məsələsi Bakıya qarşı siyasi alətə çevirilir So­sial şə­bə­kə­də ya­zı­lan­lar

09 Oktyabr 2026 07:02see347

Ertem Şener Qarabağ dan Sabah a transfer olundu

09 Oktyabr 2026 00:10see326

Suverenlik təntənəsindən modern quruculuğa

09 Oktyabr 2026 01:11see326

“Sabah” Çempionlar Liqasında ev oyunlarını keçirəcəyi stadionda ilk məşqinə çıxdı FOTO

09 Oktyabr 2026 00:11see291

Daha bir ölkə Ukraynadan yeni qaçqın axınına HAZIRLAŞIR

09 Oktyabr 2026 00:49see287

Yeni pulların “qəhrəmanları” onlar oldu Fotolar

09 Oktyabr 2026 06:38see276

Prezident ona yüksək vəzifə verdi Dosye

08 Oktyabr 2026 15:30see270

Oktyabr ayı kimə pul və uğur gətirəcək? Beş şanslı BÜRC

09 Oktyabr 2026 00:14see226

Ünvanları qovuşduran rabitə körpüsü

09 Oktyabr 2026 01:24see212

Bu dəhşətli hadisə... XİN daha çox beynəlxalq diqqət aırmağa çağırdı

08 Oktyabr 2026 21:35see211

Gürcüstanda xristianlığın 1700 illiyi mövzusunda konfrans

09 Oktyabr 2026 01:31see207

Rummeniggedən Keyn və Olise ilə bağlı açıqlama

09 Oktyabr 2026 00:30see205

İş adamının göydələnin damındakı “Ağ Ev”i diqqət çəkdi

09 Oktyabr 2026 04:12see201

MLS rəhbəri Harri Keyni Messinin yolu ilə getməyə çağırdı

09 Oktyabr 2026 01:24see199

“Əzizim, bunu bu gün həll et” ABŞ səfirinin 100 minlik borc qalmaqalı Fotolar

09 Oktyabr 2026 03:42see198

Azər Məmmədov: “Qazandığımız hər xal 6 xal dəyərindədir”

09 Oktyabr 2026 19:17see196

BMT yanında Daimi Nümayəndəlik: Mina təhlükəsi məcburi köçkünlərin geri qayıdışına mane olmaqda davam edir

09 Oktyabr 2026 03:28see188

Britaniyada hərbi bazaya qanunsuz daxil olanlar ələ keçirildilər

09 Oktyabr 2026 01:17see187

“Şeytana daş atanlar” mənəvi saflığa çağırır

09 Oktyabr 2026 01:31see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri