Icma.az
close
up
RU
İmmunitetin zəiflənməsi xərçəngə səbəb ola bilər. Bunu hamı bilməlidir!

İmmunitetin zəiflənməsi xərçəngə səbəb ola bilər. Bunu hamı bilməlidir!

Saglamolun portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Hamı bilir ki, immun sistemi insanları infeksiyalardan, mikroblardan və s. ziyanlı agentlərdən qoruyur.

Lakin immun sistemimiz bizi orqanizmdə daim əmələ gələn xərçəng hüceyrələrdən də qoruyur.

İnsan orqanizmində hüceyrələr daim ölür və yeniləri ilə əvəz olunur. Bəzən bu prosesdə pozulma yaranır ki, normal hüceyrənin əvəzinə "xarab", "keyfiyyətsiz", öz funksiyasını yetirə bilməyən hüceyrə əmələ gəlir. Bu xərçəng hüceyrəsidir. İmmun sistemimiz bu hüceyrəni dərhal tapır və məhv edir. Beləliklə, insan orqanizmində hər gün xərçəng hüceyrələri yaranır və immun sistemi tərəfindən məhv olunur. Nəticədə insanda xərçəng xəstəliyi inkişaf etmir.

Lakin müxtəlif səbəblərə görə (stress, xroniki xəstəliklər, düzgün olmayan qidalanma, aclıq, həddindən artıq yorğunluq və s.) insanın immun sistemi zəifləyə bilər. Nəticədə immun sistemi daha "ləng" işləyir , xərçəng hüceyrələri vaxtında tapmır və məhv etmir ki, onlar çoxalmağa başlayır. Bu isə, təəssüf ki,  orqanizmdə xərçəng şişin əmələ gəlməsinə səbəb olur.

Araşdırmalar sübut edir ki, bir çox hallarda xərçəng xəstəliyi məhz immun sisteminin zəiflənməsi fonunda inkişaf edir. Bu səbəbdən immunitetin zəiflənməsi xərçəng xəstəliklərinin əsas risk faktorlarından biri sayılır.

Beləliklə, özünü xərçəng xəstəliklərdən qorumaq istəyən insan ilk növbdə öz immun sistemini daim yüksək səviyyədə saxlamağa çalışmalıdır. Bu kifayət qədər asandır. Bunun üçün düzgün qidalanmaq, kifayət qədər yatmaq və dincəlmək, həddindən artıq yorulmamaq, fiziki aktiv olmaq, streslərdən uzaq durmaq, orqanizmdə olan infeksiya ocaqlarını vaxtında müalicə etmək lazımdır.

Saglamolun.Az


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:115
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 17 Oktyabr 2026 06:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see516

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see384

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see289

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see284

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see277

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see277

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see269

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see248

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see247

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see246

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see243

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see230

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see222

Bank kartlarının bitməyən problemləri: Nağd pula qayıdırıq?

17 Oktyabr 2026 13:03see217

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see217

Dünya iqtisadiyyatı təhlükə altındadır Beynəlxalq Valyuta Fondundan XƏBƏRDARLIQ

17 Oktyabr 2026 17:35see196

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see188

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see181

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see175

Məktəbli geyimi, hicab və iqtisadiyyatın yeni rəqəmləri Həftənin əsas xəbərləri

17 Oktyabr 2026 13:33see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri