İmmunoterapiya onkologiyada yeni mərhələ Dr. Azər Quliyev müasir müalicə yanaşmalarından danışdı
Icma.az, Qafqazinfo portalına istinadən məlumat yayır.
“Müasir onkologiyada immunoterapiya yanaşmasının tətbiqi, biomarker əsaslı xəstə seçimi və fərdiləşdirilmiş müalicənin əhəmiyyəti aktualdır”.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Dr. Azər Quliyev elmi məlumatlar verib.
Onun sözlərinə görə, immunoterapiya son illərin əsas innovativ müalicə istiqamətlərindən biri olaraq bədxassəli şiş növlərində müalicə nəticələrini əhəmiyyətli dərəcədə yaxşılaşdırır: “İmmunoterapiya orqanizmin öz immun sistemini aktivləşdirərək şiş hüceyrələrini tanımasına və onlara qarşı daha effektiv mübarizə aparmasına imkan verən müasir müalicə metodudur. Klinik tədqiqatların nəticələri göstərir ki, bu yanaşma xüsusilə ağciyər xərçəngi, süd vəzi, böyrək xərçəngi, melanoma və baş-boyun nahiyəsinin bəzi şişlərində yüksək effektivlik nümayiş etdirir”.
Həkim qeyd edib ki, immunoterapiyanın uyğun xəstələrə tətbiqi üçün PD-L1 və MSI-H/dMMR kimi biomarkerlərin yoxlanılması çox vacibdir: “Biomarker əsaslı yanaşma xəstənin vəziyyətinə ən uyğun müalicə strategiyasının müəyyən edilməsinə imkan yaradır. Hər xəstə fərqli olduğuna görə müalicə də fərdiləşdirilmiş şəkildə aparılmalıdır”.
Dr. Azər Quliyev həmçinin bildirib ki, immunoterapiya bütün xəstələr üçün universal tətbiq edilmir və qərar yalnız multidissiplinar komanda tərəfindən tibbi göstəricilərin, genetik və patologiya nəticələrinin kompleks qiymətləndirilməsi əsasında verilməlidir: “Mütəxəssislər qeyd edirlər ki, monoklonal anticisim əsaslı immunoterapiya preparatlarının effektivliyi və təhlükəsizliyi istehsalçı tərəfindən müəyyən edilmiş saxlanma şərtlərinə (2-8 °C) ciddi riayət edildiyi hallarda qorunur.
Son dövrlərdə immunoterapiya sahəsində aparılan araşdırmalarla yanaşı, MSD (Merck Sharp & Dohme, ABŞ) şirkətinin innovativ immunoterapevtik preparatı Keytruda® artıq Azərbaycanda rəsmi şəkildə mövcuddur. Preparatın ölkəyə idxalı, saxlanması və beynəlxalq standartlara uyğun şəkildə təchizatı üzrə rəsmi tərəfdaşlıq “Zeytun Pharmaceuticals” MMC tərəfindən həyata keçirilir”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:46
Bu xəbər 29 Yanvar 2026 16:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















