Icma.az
close
up
RU
İmperatorun bədbəxt evliliyi və ona ömrü boyu sadiq qalan qadın

İmperatorun bədbəxt evliliyi və ona ömrü boyu sadiq qalan qadın

Konkret.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Mariya Anna gəlinlik paltarında dayanmışdı. Üzü ağappaq idi. Bəyinə hər dəfə baxanda gözləri yaşla dolurdu. Kahin ondan qarşısındakı kişini ər kimi qəbul edib-etmədiyini soruşanda şahzadə güclə eşidilən səslə cavab verdi:

— Bəli.

Toy mərasimini izləyən imperator II Frans qəmgin halda astadan dedi:

— İlahi, bizi qoru!

Bu evlilik mərasimi adi bir ailə qurmaq hadisəsi deyildi. Burada Avropanın iki nüfuzlu sülaləsinin maraqları birləşirdi. Gəlin Sardiniya kralının qızı, bəy isə Avstriya taxtının varisi idi. Lakin bu nikahın arxasında saray mərasimlərinin dəbdəbəsindən uzaq, olduqca kədərli bir həyat hekayəsi dayanırdı.

Şahzadənin uzun gözləntisi

Mariya Anna 19 sentyabr 1803-cü ildə anadan olmuşdu. O, Sardiniya kralı I Viktor Emanuelin və Avstriya-Este şahzadəsi Mariya Terezanın ailəsində dünyaya gələn qızlardan biri idi. Onun özündən başqa bacı-qardaşları da vardı. Əkiz bacısı Mariya Tereza ilə isə xüsusilə yaxın münasibətdə idi.

Şahzadələrin uşaqlığı saray qaydalarına uyğun keçirdi. Səhərlər onlar alim-yezuitin ciddi nəzarəti altında xarici dilləri öyrənir, günortalar musiqi və rəqslə məşğul olur, axşamüstü isə saray xanımından incə tikmə sənətinin sirlərini mənimsəyirdilər.

Hər şey əvvəlcədən müəyyənləşdirilmişdi: şahzadələr necə davranmalı, kimlərlə görüşməli və kiminlə ailə qurmalı idilər.

Mariya Tereza on altı yaşına çatanda onun üçün bəy tapıldı. 1820-ci ildə o, gələcək həyat yoldaşının yanına yola düşdü. Əkiz bacısından ayrılan Mariya Anna isə sarayda qaldı.

Atası Viktor Emanuel qızına söz vermişdi:

— Sənin üçün də tezliklə bəy tapacağıq.

Lakin zaman keçirdi, şahzadə isə hələ də öz taleyini gözləyirdi.

1824-cü ildə atası vəfat etdi. Anası Mariya Tereza da qızını özündən uzaqlaşdırmağa tələsmirdi. Mariya Anna sarayda yaşamağa davam edir, evlilik məsələsinin nə vaxt həll olunacağını bilmirdi.

Yalnız 1830-cu ilin sonlarında anası qızının ailə qurmasına razılıq verdi. Bunun səbəbi isə namizədin adi bir şahzadə deyil, Avstriya imperatorunun oğlu və taxtın varisi olması idi. Bəyin adı Ferdinand idi.

Avstriya taxtının varisi

Ferdinand 1793-cü ildə anadan olmuşdu. O, Müqəddəs Roma imperiyasının sonuncu imperatoru və sonradan Avstriya imperatoru olmuş II Fransın böyük oğlu idi.

Lakin Ferdinandın səhhəti uşaqlıqdan zəif idi. O, epileptik tutmalardan əziyyət çəkir, müxtəlif nevroloji problemlərlə üzləşirdi. Bu səbəbdən onun gələcəkdə dövlət idarəçiliyini həyata keçirmək qabiliyyəti sarayda ciddi müzakirə mövzusu idi.

Ferdinandın səhhətindəki problemlər o qədər ağır idi ki, saray həkimləri onun adi ailə həyatı yaşaya biləcəyinə belə şübhə ilə yanaşırdılar.

Buna baxmayaraq, sülalə maraqları hər şeydən üstün tutulurdu. Avstriya taxtının varisinin evlənməsi və Habsburqlar nəslinin davamı məsələsi mühüm siyasi əhəmiyyət daşıyırdı.

1831-ci il fevralın 12-də Turində Mariya Anna ilə Ferdinandın nikahı nümayəndələr vasitəsilə rəsmiləşdirildi. Fevralın 27-də isə Vyanada onların iştirakı ilə toy mərasimi keçirildi.

Mariya Annanın 27 yaşı vardı. O dövrün saray ənənələrinə görə, bu yaşda ailə qurması gecikmiş nikah hesab edilirdi.

Beləliklə, şahzadə Avstriya taxtının varisi ilə ailə qurdu. Lakin onun qarşısında dayanan həyat yoldaşı haqqında sarayda yayılan söz-söhbətlər Mariya Annanın gələcəyinə dair narahatlığı daha da artırırdı.

Ərindən daha çox qayğıya ehtiyacı olan həyat yoldaşı

Ferdinandın səhhəti onun həyatını ciddi şəkildə məhdudlaşdırırdı. Epileptik tutmalar bəzən gündə dəfələrlə baş verirdi. O, dövlət işlərini müstəqil şəkildə idarə etməkdə çətinlik çəkirdi. Buna görə də hakimiyyətin gündəlik həyata keçirilməsində dövlət xadimləri və saray müşavirləri mühüm rol oynayırdılar. Lkin Ferdinandı yalnız xəstə və idarəçilik qabiliyyəti olmayan bir insan kimi təqdim etmək düzgün olmazdı.

O, gündəlik qeydlər aparır, yazışmalarla məşğul olur, bir neçə dil bilir, musiqiyə və digər məşğuliyyətlərə maraq göstərirdi. Bəzi mənbələrdə onun hazırcavablığı da qeyd olunur. Mariya Anna isə ərinin yanında qalmağı seçdi.

Onların nikahından övlad dünyaya gəlmədi. Cütlüyün ailə həyatı adi ər-arvad münasibətlərindən daha çox qayğı, sədaqət və qarşılıqlı bağlılıq üzərində qurulmuşdu.

Mariya Anna sonralar özünü ərinin tibb bacısı kimi xarakterizə edirdi. Bu ifadə onun gündəlik həyatının mahiyyətini yaxşı əks etdirir: o, həyat yoldaşının səhhətinə qayğı göstərir, onunla birlikdə yaşayır və çətinliklər qarşısında onu tək qoymurdu.

1835-ci il martın 2-də Ferdinand Avstriya imperatoru oldu. Mariya Anna da imperatriça titulunu aldı. 1836-cı ildə isə Praqada Bohemiya kraliçası kimi tacqoyma mərasimində iştirak etdi.

Beləliklə, bir vaxtlar öz taleyini gözləyən şahzadə Avropanın ən nüfuzlu saraylarından birinin sahibəsinə çevrildi.

Lakin imperatriça olmaq onun şəxsi həyatına gözlənilən xoşbəxtliyi gətirmədi.

İnqilab və taxtdan imtina

1848-ci il Avropa tarixində inqilablar ili kimi yadda qaldı. Qitənin müxtəlif ölkələrində insanlar siyasi dəyişikliklər, azadlıqlar və yeni idarəçilik formaları tələb edirdilər. Avstriya imperiyası da bu hadisələrdən kənarda qalmadı.

Vyanada baş verən iğtişaşlar imperator sarayını çətin vəziyyətə saldı. Uzun illər Avstriya siyasətində böyük nüfuza malik olmuş kansler Klemens fon Metternix hakimiyyətdən getməyə məcbur oldu.

Ferdinand böhranı idarə etməkdə çətinlik çəkirdi. Siyasi qərarların qəbulunda digər dövlət xadimlərinin rolu daha da artmışdı.

Nəhayət, 1848-ci il dekabrın 2-də Ferdinand taxtdan imtina etdi. Onun yerinə cəmi 18 yaşlı qardaşı oğlu Frans İosif imperator oldu.

Bu qərarın qəbulunda Mariya Annanın da mühüm rol oynadığı bildirilir. O, ərinin sağlamlıq vəziyyətini və imperiyanın düşdüyü böhranı nəzərə alaraq taxtdan imtinanı dəstəkləyirdi.

Beləliklə, Ferdinandın imperatorluq dövrü başa çatdı. Lakin Mariya Anna üçün həyat yoldaşına qayğı göstərmək vəzifəsi bitmədi.

Cütlük Vyanadan ayrılaraq Bohemiyaya, əsasən Praqaya köçdü. Mariya Anna burada xeyriyyəçiliklə məşğul olur, ictimai tədbirlərdə iştirak edir və ərinin yanında həyatını davam etdirirdi.

Sədaqətin ömrü

Ferdinand 1875-ci il iyunun 29-da vəfat etdi. Mariya Anna isə həyat yoldaşından təxminən doqquz il sonra, 1884-cü il mayın 4-də dünyasını dəyişdi.

Onların övladları olmadı. Bununla belə, bu nikah Avropa monarxiya tarixində qeyri-adi sədaqət nümunələrindən biri kimi xatırlanır.

Mariya Anna ərinin xəstəliyini, dövlətin yaşadığı böhranları və saray həyatının çətinliklərini onunla birlikdə yaşadı. O, imperatriça tituluna sahib olsa da, həyatının əsas hissəsini hakimiyyət uğrunda mübarizədən çox həyat yoldaşına qayğı göstərməyə həsr etdi.

Ferdinandın ölümü ilə bitən bu hekayə bir sualı da gündəmə gətirir: ailə yalnız xoşbəxt günləri bölüşməkdirmi, yoxsa insanın ən çətin anlarında onun yanında qalmaqdır? Mariya Anna öz seçimi ilə bu suala cavab vermişdi. O, Avstriya imperatriçası idi. Lakin onun həyat hekayəsinin ən yaddaqalan tərəfi tacı deyil, sədaqəti oldu.

Rəsmiyyə Şərifova,

KONKRET.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:81
embedMənbə:https://konkret.az
archiveBu xəbər 21 Oktyabr 2026 07:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see380

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see323

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see304

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see279

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see273

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see264

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see251

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see245

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see239

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see228

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see215

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see202

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see201

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see197

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see196

“Qlobal iqtisadiyyatda qiymət artımları daxili bazarda da bahalaşmaya səbəb olur” EKSPERT DANIŞDI

19 Oktyabr 2026 17:09see194

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see190

MTK nın fəaliyyəti nə vaxt başa çatmalıdır? EKSPERT AÇIQLADI

19 Oktyabr 2026 17:48see182

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see180

Rusiya və İran Rəşt Astara dəmir yolu layihəsini müzakirə ediblər

19 Oktyabr 2026 19:01see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri