İmperiyalar minlərlə dilin ölməsinə necə səbəb oldu?
Kulis.az saytından alınan məlumata görə, Icma.az bildirir.
“Bütün dillər tarixdəki böyük "dil darboğazı"ndan keçib”.
Kulis.az xəbər verir ki, bu ifadə "Science" jurnalında yayımlanan yeni araşdırmada qeyd edilib.
Araşdırmanın nəticəsinə görə, 1000–3000 il əvvəl on minlərlə dilin mövcud olduğu "qızıl çağ" yaşansa da, böyük dövlətlərin ərazilərini genişləndirməsi və məcburi asimilyasiyanın təsiri ilə dil sayı sürətlə azalıb.
Tədqiqatçılar hazırda yaşayan 171 ibtidai icmanın dil müxtəlifliyini təhlil ediblər və bu məlumatlardan istifadə edərək təxminən 12 min il əvvəl, son buzlaşma dövründən sonra yer üzündə neçə dilin danışıldığını hesablayıblar.
Məlum olub ki, həmin dövrdə dünya əhalisi 7 milyonun altında olduğu halda yer üzündə təxminən 4 min 500-6 min 200 fərqli dildə danışılıb.
Tədqiqatçılar hazırda dünyada 7500-ə yaxın dilin danışıldığını, lakin bunlardan 3300-dən çoxunun yox olma təhlükəsi ilə üz-üzə qaldığını bildiriblər.
İsa Həbibbəyli: "Heydər Əliyev heç kəsin qarşısında baş əyməyən əzəmətli dağa bənzəyir" - TARİXİ ŞƏXSİYYƏT "Con Uik" serialının ulduzu xəstəxanaya yerləşdirildi Qızıl rəngin və ehtirasın rəssamı - Qustav Klimt kimdir?
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:82
Bu xəbər 27 İyul 2026 15:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















