Icma.az
close
up
RU
İmtahan cavablarının gec açıqlanmasının səbəbi... DİM sədri AÇIQLADI

İmtahan cavablarının gec açıqlanmasının səbəbi... DİM sədri AÇIQLADI

Modern.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Dövlət İmtahan Mərkəzi tərəfindən hər il ümumi (9 illik) və tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirilir. İmtahan ölkə üzrə keçirilir. Şagirdlərin yoxlanılması mərhələli şəkildə baş tutur, respublika üzrə 9-cu siniflər üzrə 3, 11-ci siniflər üzrə isə əsasən 2 buraxılış imtahanı keçirilir. Buraxılış imtahanlarının cavabları isə 1 aydan tez olmayaraq 6 həftə içində bilinir. 

Modern.az xəbər verir ki, Dövlət İmtahan Mərkəzinin sədri Məleykə Abbaszadə imtahan cavablarının gec elan edilməsi ilə bağlı Baku Tv-ə müsahibəsi zamanı aydınlıq gətirib. 

Onun sözlərinə görə işin texniki tərəfi nə qədər tez zamanda yekunlaşsa da, marker müəllimlərin sayının kifayət qədər olmaması prosesi gecikdirir:

“Hələ 2013-cü ildə müəllimlərin qurultayında çıxış edəndə qeyd etmişdim ki, bizə çoxlu səriştəsi olan müəllimlər lazımdır. Hansı ki, onlar yazı işlərini meyyarlara uyğun yoxlamağı bacarsınlar. Biz həmin ildən hər il açıq elan edirik ki, kim bu prosesdə iştirak etmək istəyirsə, bizim kurslara yazılsın, imtahandan keçsin və markerlər siyahısına daxil olsun”. 

M. Abbaszadə bildirib ki, hazırda 1000, müəyyən hallarda 1200 markerlər DİM-də işləyir, amma bu say çox azdır:

“Hər imtahan 100 min işin texniki tərəfi - skan olunması və o tapşırıqlara, imtahanlara aid meyarların hazırlanması təxminən 1 həftə - 10 gün çəkir. Bundan sonra yoxlanma prosesi müəllimlərin sayından aslıdır. Bizdə imtahan nəticələrini yoxlamağı bacaran 10 min riyaziyyat, 10 min ana dili müəllimi olsa, iş daha tez həyata keçirilə bilər”.

“İlk illər müəllimləri dəvət edirdik, bizim kompüterlərin arxasında oturub, nəticələri yoxlayırdılar. İndi isə Dövlət İmtahan Mərkəzinin mütəxəssislərinin müəllifi olduğu tam müasir platformamız var. O platformanı biz bütün dünyada göstəririk, bunun üçün bizə müraciət edənlər də var. Bu platforma ilə müəllim öz evində oturub sualları yoxlayır. Elə müəllim var 5000 sual yoxlayır, eləsi var 40 sual yoxlayır. Nə qədər çox sual yoxlayırsa, o qədər də məvacib alır. Bu prosesə nə qədər müəllim qoşulsa, nə qədər müəllimin bilik və bacarığı bu sahədə yüksək olsa, proses də o qədər tez gedə bilər. İndiki sayla bu 1 ay, 6 həftə vaxt aparır”- deyə qurumun sədri bildirib.  

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:112
embedMənbə:https://modern.az
archiveBu xəbər 12 İyun 2025 13:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see664

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see287

Vasif Məhərrəmli Elarizin adının Epşteyn dosyesində çəkilməsindən danışdı Açığı deyim ki...

02 Fevral 2026 16:42see263

Keçmiş həbsxana rəisinin iylənmiş meyiti tapıldı YENİLƏNİB

02 Fevral 2026 19:40see259

MMA döyüşçümüz ilk raundda qalib gəldi

02 Fevral 2026 02:38see226

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see221

Nikosayağı həmin paylaşımını da sildi VİDEO

02 Fevral 2026 10:36see207

Bakıda özünü 17 mərtəbədən atan qızın anası DANIŞDI TƏFƏRRÜAT VİDEO FOTO

02 Fevral 2026 05:25see195

Vəlizar həbs olundu

02 Fevral 2026 19:20see194

Mallar gömrükdə qalıb: “Temu” Azərbaycan bazarından çıxır?

02 Fevral 2026 14:52see188

Müharibə bölgəsindən qaçan və sığınacaq axtaran şəxslər ilk fürsətdə qonşu ölkələrə axın edir, orada məskunlaşırlar

02 Fevral 2026 15:03see177

Natiq Cəfərli: “Gürcüstanda benzin ucuzlaşır, çünki dövlətdən yox, bazardan asılıdır”

03 Fevral 2026 13:42see172

Bakıda 15 yaşlı qız atasını bıçaqladı

03 Fevral 2026 01:51see166

Fransa XİN başçısı Aİ ni Rusiya ilə birbaşa əlaqə kanalı yaratmağa çağırıb

02 Fevral 2026 03:22see162

Tahir Salahovun ev muzeyində START layihəsi çərçivəsində sərgi keçirilib

03 Fevral 2026 02:50see158

Uitkoff Netanyahu ilə danışıqlar aparmaq üçün İsrailə gedir

02 Fevral 2026 16:45see154

Bakı Quba magistralında ağır qəza olub

02 Fevral 2026 00:47see151

Hökumət yanacağın qiymətini endirir Litri nə qədər olacaq?

03 Fevral 2026 02:35see150

Merz Melonini Makrondan üstün tutur

02 Fevral 2026 22:15see148

Maşınını satmaq istədi; diaqnostikada nəticəni öyrənib xəstəxanalıq oldu VİDEO

02 Fevral 2026 21:01see146
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri