İmtahan müəllimlərimiz üçün asan olub, heç kimə xüsusi şərait yaradılmayıb” Emin Əmrullayev
Redaktor.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
“İmtahanın çətinliyini müəyyən edən məsələ həmin imtahana cavab verənlərin nəticəsidir”.
Redaktor.az xəbər verir ki, bu fikirləri ADA Universitetində keçirilən “Sertifikatlaşdırma: səriştəli müəllim - keyfiyyətli təhsil" mövzusunda tədbirdə çıxışı zamanı elm və təhsil naziri Emin Əmrullayev bildirdi.
“Çətin imtahanın orta balı 25 olmalı idi. Olsa idi, deyəcəkdik ki, imtahan çətin olub. Hazırda imtahan müəllimlərimiz üçün ümumilikdə asan olub. Asan və çətinlik suallara cavab verənlərin nisbətindədir. 10 faiz adam var ki, suallar onlara çətin olub. Amma orta baldan əsaslı olaraq uzaq olanlara bir dəfə də şans verilir. Bizim də niyyətimiz kimisə işdən çıxarmaq deyil. Təhsilin keyfiyyəti müəllimin keyfiyyətindən daha yaxşı ola bilməz. Proses çətindir. Asan yox, çətin qərarlar verilir. Amma faydalı qərarlar verilir. Prosesdə uğurlu-uğursuz, yaxşı-pis nisbəti 9-un 1-ədir. 9 adama uğurlu, birinə uğursuzdur. Mənə görə, ədalətlidir. Heç kimə xüsusi şərait yaradılmayıb”.
Aytəkin TOFİQQIZI
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:172
Bu xəbər 30 İyun 2026 10:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















