Icma.az
close
up
RU
“İmtahan stress yaratsa da, inkişaf üçün zəruridir”

“İmtahan stress yaratsa da, inkişaf üçün zəruridir”

Hurriyyet saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

İlk dəfə keçirilən dövlət məktəbəqədər təhsil müəssisələrində (uşaq bağçası) çalışan rəhbər heyətin diaqnostik qiymətləndirilməsi oktyabr ayının 25-də baş tutub. 

İmtahanda iştirak edənlərdən biri də Şamaxı rayonunun Sabir qəsəbəsindəki körpələr evi-uşaqçasının müdiri Sevinc Adgözəlovadır.

Hurriyyet.Az bildirir ki, AzEdu.az onunla əlaqə saxlayıb.

“1982-ci ildə Bakı Məktəbəqədər Pedaqoji Texnikumunda qiyabi, məktəbəqədər tərbiyə ixtisası üzrə təhsil almışam. Elə həmin ildən də tərbiyəçi kimi fəaliyyətə başlamışam. Sonra, 1986-cı ildə Lenin adına Azərbaycan Pedaqoji İnstitutunda məktəbəqədər müəssisələrin pedaqoji və psixoloji sahəsi üzrə ali təhsil almışam.

1982-ci ildən 1990-cı ilə qədər Şamaxı rayonunda tərbiyəçi kimi fəaliyyət göstərmişəm. Daha sonra, 1990-cı ildən 1996-cı ilə qədər Şamaxı rayonunun Sabir qəsəbəsindəki körpələr evi-uşaqlar bağçasında metodist vəzifəsində çalışmışam. Hal-hazırda həmin körpələr evində müdirə kimi fəaliyyət göstərirəm. 1996-cı ildən müdir kimi fəaliyyət göstərirəm. 1980-ci ildən ümumiyyətlə pedaqoji fəaliyyətə başlamışam, bu da artıq 40 ildən çoxdur.

Mənə elə gəlir ki, diaqnostik qiymətləndirmə müəyyən boşluqları aradan qaldıra biləcək. Nəticədə məlum olur ki, kimlər bu sahədə təcrübəlidir və kimlərin yenidən hazırlığa ehtiyacı var. Məqsəd kimsəni ayıblamaq və ya tənqid etmək deyil. Bu qiymətləndirmənin məqsədi rəhbərləri müəyyənləşdirmək və kimlərin daha çox hazırlığa ehtiyacı olduğunu üzə çıxarmaqdır.

Bu qiymətləndirmə peşəkar rəhbərlik sahəsində daha sağlam münasibətlərin formalaşmasına şərait yaradır. Uzun illər pedaqoji sahədə fəaliyyət göstərən müdirlər var. Onlar üçün bu qiymətləndirmə sistemi yenidir, müəyyən stress yarada bilər. Bu səbəbdən müəyyən psixoloji hazırlıqlar olmalı idi.

İmtahanın elan olunması və vaxtının qoyulması bir az gözlənilməz oldu, arada fasilə az idi. Nə qədər təcrübəli olsaq da, mükəmməl deyilik, imtahan müəyyən dərəcədə stress yaratdı. Test, imtahan həyəcanı hər kəs üçün stress və narahatlıq yaradır.

Uzun illər bu sahədə əsas problemlərdən biri idarəetmə keyfiyyətinin qeyri-bərabər olmasıdır. Qiymətləndirmənin nəticəsində kimlərin peşəkar, kimlərin isə yenidən hazırlığa ehtiyacı olduğunu müəyyənləşdirmək mümkündür. Bu da peşəkar rəhbərlik sahəsində daha sağlam münasibətlərin formalaşması üçün şərait yaradır. Həmçinin, uşaqların sosial, emosional və intellektual inkişafına müsbət təsir göstərə bilər. Hər şey rəhbərliyin fəaliyyətindən asılıdır.

İmtahandan 45 bal topladım. Açığı, daha yüksək nəticə gözləyirdim. Çünki suallar situativ idi və cavab vermək məntiqli düşüncə tələb edirdi. Amma yenə də öz nəticəmdən razı qaldım. Bir az daha diqqətli olsaydım, daha yaxşı nəticə əldə edə bilərdim. Hər kəs suallara öz prizmasından yanaşır. Mənə elə gəlir ki, orada çətin sual yox idi. Suallar situativ formada tərtib olunmuşdu. Bu, bəlkə də bəzi insanlarda çətinlik yarada bilərdi. Mənim üçün isə maraqlı və faydalı oldu. Situativ suallara cavab vermək düşünməyi tələb edirdi və variantları seçmək də maraqlı idi. Ümumilikdə, sualların çətinlik səviyyəsi orta idi.

İmtahan müdirlərin peşəkarlığının artırılmasında müsbət rol oynayacaq bir prosesdir. Bu qiymətləndirmə prosesi yalnız cəzalandırma və ya tənqid məqsədi daşımır. Mənə elə gəlir ki, bu, inkişaf üçün motivasiyaedici bir addım idi. Bu gün şəffaf, obyektiv, inkişaf yönümlü bir diaqnostika həyata keçirilirsə, mənə elə gəlir ki, bu, ölkəmizdə məktəbəqədər təhsilin keyfiyyətinə çox ciddi təsir göstərəcək. Hər kəs artıq nəyin üzərində işləməli olduğunu, inkişaf sahəsini, ya özünü inkişaf etdirmək, ya da müəssisəsini inkişaf etdirmək üçün hansı istiqamət götürəcəyini aydınlaşdıracaq”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:127
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 01 Noyabr 2025 22:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see304

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see294

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see285

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see277

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see261

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see259

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see243

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see236

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see225

Dünya iqtisadiyyatı təhlükə altındadır Beynəlxalq Valyuta Fondundan XƏBƏRDARLIQ

17 Oktyabr 2026 17:35see207

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see197

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see195

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see191

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see189

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see185

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see175

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see171

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see170

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see165

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri