İmtahana telefon gətirənlərlə bağlı tədbir görüləcək DİM sədrindən XƏBƏRDARLIQ
Oxu.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
"Bəzi abituriyentlər "ağıllı eynək"lərdən istifadə etmək istəyirlər. Amma onlara demək istəyirik ki, belə "ağıllı eynək"lə imtahana gəlməsinlər, çünki onlar imtahana buraxılmayacaqlar".
Oxu.Az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin direktorlar şurasının sədri Məleykə Abbaszadə bu gün keçirdiyi mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, əks halda qaydaları pozanların nəticələri ləğv olunacaq:
"İndidən deyirik ki, telefonu gizlədənlər, birini təhvil verib birini içəri gətirənlərlə bağlı tədbir görüləcək. Biz istəyirik ki, imtahanlar ədalətli keçsin. Bunun üçün hər kəs özünü qaydalara uyğun aparmalıdır. Əks hakda həmin abituriyentlərin nəticələri ləğv olunacaq".
Aqil Vəlili


