İmtahanda ən çətini riyaziyyat idi 300 bal toplayan Həsən
Icma.az, Redaktor.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Xəbər verdiyimiz kimi, ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə 2026-cı il aprelin 12-də keçirilən buraxılış imtahanının nəticələri elan olunub. Maksimal nəticə toplayanların arasında Bakı şəhəri 102 saylı orta məktəbin şagirdi Həsən Məhərrəmli də var.
Redaktor.az Həsən Məhərrəmli ilə əlaqə yaradıb təəssüratlarını öyrəndi.
O bildirdi ki, ilk olaraq sevincini ailəsi və müəllimlərilə paylaşıb:
"İmtahan nəticələrini öyrənəndə çox həyəcanlandım və sevindim. Əziyyətimin qarşısını almaq mənə böyük bir motivasiya verir. Açığı, yüksək nəticə gözləyirdim əslində, çünki il boyu planlı və ciddi hazırlaşırdım. Əsasən son bir ay mən təkrara böyük bir yer yerdim. Ölkə birincilərindən olmaq həm qürurverici, həm də məsuliyyətli hissdir. Bu nəticə insanı daha da çalışqan olmağa həvəsləndirir. Və gələcək üçün motivasiya verir. Suallar ümumilikdə proqram çərçivəsində idi və mən imtahan ərzində 3 saatın çoxunu riyaziyyata yönəltmişdim. Məncə imtahanda ən çətini riyaziyyat idi".
Həsən gələcəkdə iqtisadiyyat sahəsini seçmək istəyir:
"Hazırda məqsədim Ali Neft Məktəbində təhsil alıb peşəkar mütəxəssis olmaqdır. İmtahana hazırlaşanlara demək istəyirdim ki, özlərinə inansınlar və planlı şəkildə çalışsınlar. Ən vacibi davamlı olmaq və stresə çox qapılmamaqdır. Çətin görünən mövzuların üzərinə getdikcə nəticə mütləq gəlir. 9 il əlaçı olmuşam. Məktəbimizin müəllimləri sayəsində bu balı toplamışam. Sonda başda məktəbimizin direktoru Gülnarə xanıma və bütün müəllimlərə təşəkkürümü bildirirəm. Diqqətiniz üçün təşəkkürlər".
Aytəkin TOFİQQIZI
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:145
Bu xəbər 08 May 2026 17:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















