İmtahandan uğurla keçən müəllimlərin sayı AÇIQLANDI
Icma.az, Modern.az portalına istinadən məlumat verir.
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi ilə əməkdaşlıq çərçivəsində Təhsildə İnnovativ Texnologiyalar (ITE) Əlavə Təhsil Mərkəzi tərəfindən beynəlxalq imtahanlara start verilib. Ümumilikdə, 900 müəllim bu imtahanlarda uğur qazanıb.
Mərkəzdən Modern.az-a bildirilib ki, imtahanlar Bakı, Abşeron, Sumqayıt, Sabirabad, Zaqatala, Zərdab, Şəki, Yevlax, Mingəçevir, Qax və Saatlıda aşağıdakı istiqamətlər üzrə həyata keçirilib:
1. “Microsoft” sertifikatlı pedaqoq;
2. "Müəllimlər üçün rəqəmsal savadlılıq".
Həmçinin bildirilib ki, dekabr ayına qədər 5 minə yaxın müəllimin rəqəmsal bacarıqlarının təkmilləşdirilməsi hədəflənir.
Qeyd edək ki, imtahanların məqsədi müəllimlərin müasir texnologiyalar və rəqəmsal alətlərdən istifadə bacarıqlarını artırmaq və tədris keyfiyyətini yüksəltməkdir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:130
Bu xəbər 08 Noyabr 2024 20:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















