Icma.az
close
up
RU
İmtiyazlı xəstələrin dərmanları niyə vaxtında verilmir?!

İmtiyazlı xəstələrin dərmanları niyə vaxtında verilmir?!

Adelet.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Elə xəstələr var ki, dövlət tərəfindən onların dərmanı pulsuz verilir. Çox sağolsun dövlətimizi ki, xəstə insanlara  belə yüksək səviyyədə qayğı göstərir.

Ümumiyyətlə, Azərbaycan dövləti bütün  sahələrdə öz vətəndaşlarına arxa durur.Çox təəssüf ki,  imyiyazlı xəstələrə xidmət edən  bəzi apteklər öz yarıtmaz  fəaliyyəti ilə bu humanist əməllərə kölgə salır.Bunu camaat deyirdi, amma biz bir o qədər də deyilənlər inanmırdıq.Elə oldu ki, imtiyazlı xəstə kimi biz də həmin hüquqdan istifadə etməli olduq və gördüklərimiz bizi təəccübləndirdi. Belə ki, həkimin verdiyi pulsuz reseptlə dekabrın  5- də Qaraçuxurdakı aptekə getdik. Resepti verdik , aptekdə işləyən xanım əsəbi halda dedi ki, bu dərmanların heç biri yoxdu. Dörd dərmandan biri-" Tizersin" heç vaxt olmur, o biri üçü də indi yoxdu, dekabrın 15- də olmalıdir.

 " Ay xanım, bəs onda  dekabrın 15- nə kimə biz  nə edək! Axı hər gün dərmanları qəbul  edirik."  Xanım çox fikirləşmədən dedi:" Eşitmədiniz? Mən sözümü sizə çatdırdım. Gedin, Maştağadakı aptekə" - deyib kobudcasına bizə cavab verdi. Oradan Maştağaya yollandıq.İmtiyazlı aptekə gəlib, dərmənların olub- olmadığını soruşduq. Aptekin müdiri Kamran müəllim dedi ki, sizin dərmanım üçü var, amma " Tizersin" yoxdu. Dekabrın  12 - də olacaq.  

Telefon nömrəmi verim, bizimlə əlaqə saxlayarsını, olan kimi gəlib apararsınız.Yenə Kamran müəllimi çox sağolsun , bizimlə nəzakətlə davrandı. Maştağa gedib- qayıtmaq üçün iki saat vaxt sərf elədik. Biz niyə şəhərdən durub ,  dərman almaq üçün Maştağaya getməli, vaxt itirməli və əlavə yol pulu xərcləməliyik.Səhiyyə Nazirliyi zəhmət çəkib  şəhərin bir neçə  yerində imtiyazlı apteklər açmalıdir ki, xəstə adamlar əlavə əziyyət çəkib, Maştağa gedərək dərman almasınlar. Və bir də apteklər o dərmanları lazım olan vaxtda xəstələrə versinlər!!!

Emil Faiqoğlu      

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:71
embedMənbə:https://adalet.az
archiveBu xəbər 06 Dekabr 2024 13:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see239

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see208

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see185

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see171

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see169

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see162

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see157

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see156

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see152

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see148

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see147

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see145

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see145

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see139

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see136

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see136

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see136

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see135

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see134

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri