Icma.az
close
up
RU
“İMZA” Sosial İnkişafa Dəstək İctimai Birliyi xeyriyyə tədbiri təşkil edib

“İMZA” Sosial İnkişafa Dəstək İctimai Birliyi xeyriyyə tədbiri təşkil edib

Xalqcebhesi saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

10 may tarixində “İMZA” Sosial İnkişafa Dəstək İctimai Birliyi Sosial Xidmətlər Agentliyinin tabeliyindəki ahıl şəxslər üçün sosial xidmət müəssisəsinin sakinlərinə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş xeyriyyə tədbiri təşkil edib.
Xalqcebhesi.az xəbər verir ki, tədbirdə ilk olaraq Birliyin fəaliyyəti barədə məlumat verilib. Bildirilib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikasının sosial, iqtisadi və mədəni sahələrdə qazandığı uğurların təbliği, milli-mənəvi dəyərlərin qorunması, ictimai rifahın və vətəndaş cəmiyyətinin inkişafı, həmçinin həssas qrupların müdafiəsi və gənclərin vətənpərvər ruhda tərbiyəsi məqsədilə “İMZA” İctimai Birliyi müxtəlif silsilə layihələr və tədbirlər həyata keçirir. Ölkəmizin Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva Azərbaycanın zəngin mədəni irsinin dünyada tanıdılması istiqamətində müxtəlif mühüm tədbirlər həyata keçirmişdir. “İMZA” Sosial İnkişafa Dəstək İctimai Birliyi də öz fəaliyyətində bu prinsiplərə daim sadiq qalıb.
Birliyin sədri Xəyyam Əsgərov Ulu Öndər Heydər Əliyevin dövlətçilik salnaməsindəki rolundan danışaraq, bu gün ölkəmizin uğurlu daxili və xarici siyasətinin dahi rəhbərin müəyyən etdiyi strateji xətt əsasında qurulduğunu bildirib. O vurğulayıb ki, “İMZA” İctimai Birliyinin də fəaliyyəti Ulu Öndərin ideyalarına əsaslanır, gənclərin və ictimaiyyətin rifahı naminə həyata keçirtdiyi silsilə layihələrlə bu dəyərlərin təbliğinə xidmət edir.
Türkiyənin Azərbaycandakı sabiq səfiri və “İMZA”nın Türkiyə təmsilçisi Hulusi Kılıç çıxışında Heydər Əliyevə göstərilən ehtiramdan, Prezident İlham Əliyevin isə həmin möhkəm təməllər üzərində ölkəni daha da inkişaf etdirməsindən söz açıb. O, həmçinin Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə qazandığımız Qarabağ Zəfərinin Türk dünyası üçün əhəmiyyətini xüsusi qeyd edib.
Birliyin sədr müavini Elnar Məmmədli isə müasir Azərbaycan dövlətçiliyinin əsaslarının Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində qoyulduğunu, bu strategiyanın bu gün də Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıb.
Akademik Nizami Cəfərov Azərbaycanın dövlətçilik fəlsəfəsinin müəllifi kimi Heydər Əliyevin əvəzsiz xidmətlərini xatırladaraq, Prezident İlham Əliyevin bu kursu müasir çağırışlara uyğun şəkildə inkişaf etdirərək ölkəni regionun lider dövlətinə çevirdiyini bildirib.
Tədbirdə çıxış edən Milli Məclisin deputatı Sadiq Qurbanov Ulu Öndər Heydər Əliyevin Azərbaycanın müstəqilliyi və inkişafı yolunda oynadığı misilsiz rolunu vurğulayıb. O, dahi rəhbərin ölkəmizin dövlətçilik fəlsəfəsinin formalaşmasında, iqtisadiyyatın inkişafında və milli-mənəvi dəyərlərin qorunmasında göstərdiyi əvəzsiz xidmətlərdən danışıb.
Tədbir Ulu Öndərin həyat və fəaliyyətinə dair videoçarxın nümayişi və bədii hissə ilə yekunlaşıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:139
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 11 May 2025 19:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see334

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see243

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see236

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see220

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see188

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see169

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see167

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see165

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see155

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see153

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see152

Türkiyədə tanınmış reper həbs edildi

30 Dekabr 2025 03:04see152

Moldovada da “Rus Evi” bağlanır Azərbaycan bu addımı ilin əvvəlində atıb

28 Dekabr 2025 20:46see151

DİN Baş İctimai Təhlükəsizlik İdarəsinə rəis təyin edilib

29 Dekabr 2025 03:50see150

Bakı sakinlərinə ŞAD XƏBƏR: Tarqovı nın ərazisi böyüdülür (FOTO)

29 Dekabr 2025 04:20see149

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see149

İKİ SABİQ NAZİR İNSTİTUT DİREKTORU VƏZİFƏSİNDƏN ÇIXARILDI: yeni institut yaradıldı Misir Mərdanovla Əli Abbasov yola salındı

28 Dekabr 2025 22:42see137

Dünyanın ən yaxşı hücumçusu bilindi

29 Dekabr 2025 02:22see135

AİJA qalibləri açıqladı: Qaynarinfo İlin saytı seçildi

29 Dekabr 2025 18:25see135

Mənzil almaq istəyənlərə ŞAD XƏBƏR

29 Dekabr 2025 02:07see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri