“İn şa Allah” dedikdən sonra amerikalı aktrisa hədiyyə olaraq “Quran” aldı...
Sia Az saytına istinadən Icma.az xəbər verir.
...SİA bu dəfə də yazdıqlarına qayıdır.
...Deməli, o gün yazdığımız kimi, Amerikalı aktrisa Enn Heteueyin ərəb dilində “in-şa-Allah” (Allah qoysa) ifadəsini dediyi video geniş müzakirələrə səbəb olduqdan bir neçə gün sonra aktrisa yenidən sosial mediada diqqət mərkəzindədir.
Qeyd edək ki, mübahisə, bir fanatın ona “Qurani-Kərim” hədiyyə etdiyi yeni bir videodan qaynaqlanır.
Səhifədə kişinin hədiyyəni təqdim edərkən “Bu sizin üçün Qurandır” dediyi eşidilir. “İn-şa-Allah” dediyiniz videoya baxdım və düşündüm ki, 2Bu hədiyyəni sizə necə verə bilərəm?”
Aktrisa kişiyə sevincli bir təbəssümlə təşəkkür edib. Video İngiltərənin London şəhərində "Şeytan Prada geyir" filminin ikinci hissəsinin premyerasından əvvəl qırmızı xalçada çəkilib.
Filmdə Enn Heteuey və Meril Strip rol alıblar.
Xatırladaq ki, filmin birinci hissəsi 2006-cı ildə nümayiş olunub….
Geniş reaksiya...
Enn Heteueyin müsahibə zamanı “in-şa-Allah” ifadəsini işlətməsi sosial mediada, xüsusən də ərəb auditoriyasında geniş reaksiyalara səbəb olub.
Rəylər bölünüb: bəziləri ifadənin istifadəsinin mütləq dini məna daşımadığını və mədəni təsirlərdən qaynaqlana biləcəyini qeyd edib, digərləri isə bunun aktrisanın mədəni maraqlarının təzahürü olub-olmadığını düşündülər.
Videoda Heteuey deyib: “Mən uzun və sağlam bir həyat yaşamaq istəyirəm, in-şa-Allah.”
“li Babayev
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:191
Bu xəbər 25 Aprel 2026 20:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















