“İnanıram ki, “Neftçi” arzu etdiyimiz yerə gələcək”
futbolpress-az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
“Neftçi”nin İdarə Heyətinin üzvü Emin Əmrullayev “Palms Sports” şirkəti ilə əməkdaşlıq müqaviləsi imzaladıqları tədbirdə komandanın durumundan danışıb.
Futbolpress.az xəbər verir ki, o, nəticələrin daha yaxşı olmasını istədiklərini deyib:
“İnanıram ki, “Neftçi” arzu etdiyimiz yerə gələcək. Yaxşı nəticələrlə bağlı proqnozlar vermək asan deyil. İdarə Heyətində yer alanlar da bu komandanın azarkeşləridir. Dayanıqlı nəticələr istəyiriksə, səbirli olmalıyıq. Komanda hər oyuna yalnız qələbə üçün çıxır. Bütün parametrlər yerində olanda “Neftçi”nin dayanıqlı uğurlar qazanacağına inanırıq. Uduzmaq isə azarkeşlərin xoşuna gəlmir. Bu hissləri başa düşürük. İnanıram ki, “Neftçi” arzu etdiyimiz yerə gələcək. Bəlkə də bütün diqqəti əsas komandaya yönəldib tez nəticə əldə etmək olar. Amma “Neftçi” klubdur. Uğursuz dönəmdə komandanın yanında olan azarkeşlər var. Hər şey gedə bilər, amma “Neftçi” əbədidir”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:162
Bu xəbər 07 Sentyabr 2026 12:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















