Icma.az
close
up
RU
İnanıram ki, sabahkı oyunda da həmin ruhu, həmin mübarizəni görəcəyik Samir Əliyev

İnanıram ki, sabahkı oyunda da həmin ruhu, həmin mübarizəni görəcəyik Samir Əliyev

Fanat saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Futbol üzrə Azərbaycan millisi bu həftə Bakıda iki matça çıxacaq. Ayxan Abbasovun çalışdırdığı kollektiv DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində noyabrın 13-də İslandiyanı, 16-da isə Fransanı qəbul edəcək. Millinin sabiq hücumçusu Samir Əliyevlə əlaqə saxlayıb İslandiya ilə matçdan nə gözlədiyini soruşduq.

Onun Fanat.Az-a açıqlaması belə oldu:

"Bizi həm İslandiya, həm də Fransaya qarşı ağır oyunlar gözləyir. Milli hər iki matça öz azarkeşləri önündə çıxacaq. İslandiyadan səfərdə aldığımız 0:5 hesablı yenilgidən sonra Fernandu Santuş istefaya göndərilib və onun yerinə Ayxan Abbasov gətirilib. İstər Ukrayna ilə Bakıda 1:1 hesablı heç-heçə etdiyimiz matçda, istərsə də Fransa və Ukraynaya qonaq qismində uduzduğumuz oyunlarda meydanda daha mübariz, daha istəkli milli gördük. İnanıram ki, sabahkı oyunda da həmin ruhu, həmin mübarizəni görəcəyik. Düzdür, İslandiya heç də zəif komanda deyil və bizə 3 xal gözüylə baxır. Məlum məsələdir ki, rəqibin heyətində yetərincə keyfiyyətli, top liqalarda çıxış edən futbolçular var. Bütün bunlara rəğmən, millimizin azarkeş dəstəyi fonunda inamlı çıxışla yadda qalacağını düşünürəm. Doğrudur, Premyer Liqamızda legioner limiti ləğv edildiyinə görə bəzi milli üzvləri öz klublarında çox oynamırlar. Limitin ləğvi oyunçu seçimini də çətinləşdirib. Ancaq yenə də əsas olan inanmaq və döyüşməkdir. Komandamızdan əzmkarlıq, əsl mübarizə gözləyirəm. İslandiya ilə oyunda yaxşı nəticə qazansaq, bu, Fransaya qarşı görüşə də təsir edəcək və futbol ictimaiyyətini gələcəklə bağlı ümidləndirəcək".

Nihat

Abunə Ol

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:121
embedMənbə:https://fanat.az
archiveBu xəbər 12 Noyabr 2025 16:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see314

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see296

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see291

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see288

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see275

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see273

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see253

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see247

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see246

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see244

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see241

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see240

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see233

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see224

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see215

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see209

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see208

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see208

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see197

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri