İnanmıram ki, Santuş kimi dünya şöhrətli məşqçiyə hansısa göstəriş verilsin
Sportal.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
"Futbolçularımıza inanıram və onlara güvənirəm ki, Estoniya ilə görüşdə möhtəşəm oyunla, qələbə qazanacaqlar. Səfər görüşündə də millimiz Estoniyaya qarşı pis oynamamışdı. Tallindəki matçın ilk hissəsində qol fürsətləri var idi, istifadə etsəydik bəlkə də uduzmazdıq. Millimizə uğurlar arzulayıram. Harada oynamağımızdan asılı olmayaraq, millimiz qələbə qazanacağına inanıram və bu da dönüş nöqtəsi olacaq".
Bu sözləri Sportal.az saytına açıqlamasında Azərbaycan milli komandasının sabiq forvardı Kənan Kərimov deyib.
O, millimizin çalışdırıcıaı Fernandu Santuşun heyət seçimi də fikir bildirib:
"Millidə hansı futbolçular oynayırsa-oynasın, komandamız gözəl oyunla bizi sevindirəcək. Fernandu Santuşun seçimlərinə müdaxilələr məsələsinə gəlincə...İnanmıram ki, Santuş kimi dünya şöhrətli məşqçiyə milliyə hansısa futbolçunun dəvət edilməsi baxımından göstəriş versinlər. Millimizdə yaxşı futbolçular yer alıb. Onların Qəbələdə qalib gələcəyinə inanıram. Allah qoysa, yaxşı nəticə olar".
saytlarin hazirlanmasi
Baxış sayı:69
Bu xəbər 16 Noyabr 2024 15:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















