Icma.az
close
up
RU
Menu

Bank tətbiqləri SuperApp modelinə yaxınlaşır

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

Marsda “kartof çipsi” dalğaları tapıldı

Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər

Hakimlərin xidmət haqqı normaları müəyyən olundu

Bakıda 28 istiqamətdə sıxlıq var

Mədəniyyət Nazirliyi Elmira Şabanovanın vəfatı ilə bağlı nekroloq yayıb

Vəzifəlilərin biznesinə son qoyula bilər Yeni qanun nələri dəyişəcək?

Valideynlərə xəbərdarlıq: Uşaqlara bunu özbaşına verməyin!

Polis bölməsinə şaman çağırıldı Pis ruhları qovmaq üçün

Qabriel Jezus: “Sabah”a hörmətlə yanaşaraq meydana çıxdıq”

Polşada prezident sarayının yaxınlığında kişi özünü yandırdı

Elgiz Əkbərin yeni layihəsi ilə bağlı ARB dən rəsmi açıqlama

Xırdalan və Abşeronun bir sıra yaşayış məntəqələrinin yolları yenilənəcək Siyahı

“Sabah” 5 turdan sonra ÇL də neçəncidir?

Evdəki adi əşyalar uşağın həyatını təhlükəyə ata bilər Həkimdən xəbərdarlıq

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

ADU Çinin Sincan Maliyyə və İqtisad Universiteti ilə Anlaşma Memorandumu imzaladı FOTO

Azərbaycan və Aİ Orta Dəhlizin inkişafı ilə bağlı razılığa gəldi

İncə saçlar daha sıx və həcmli görünəcək: Stilist ideal kəsimin sirrini açıqladı

İncə saçlar daha sıx və həcmli görünəcək: Stilist ideal kəsimin sirrini açıqladı

Qaynarinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Məşhur saç ustası, Kristin Kavallari, Eşli Tisdeyl və Prəyanka Çopra ilə işləyən Aleks Pardo saç kəsimi zamanı yol verilən hansı səhvlərin incə saçları həcmdən məhrum etdiyini və onların vizual olaraq daha seyrək görünməsinə səbəb olduğunu açıqlayıb. O, həmçinin saçların daha sıx görünməsinə kömək edən saç düzümü və formaverici vasitələrin seçilməsi ilə bağlı tövsiyələrini bölüşüb.

Qaynarinfo xəbər verir ki, bu barədə “Parade” jurnalı yazır.

Stilistin sözlərinə görə, ən çox rast gəlinən səhvlərdən biri saçda həddindən artıq çox qat yaratmaqdır. Çoxqatlı saç kəsimləri üzü gözəl çərçivəyə alsa da, incə saçlarda əks effekt yarada bilər. Usta saçın, xüsusilə də ucların həcmindən həddindən artıq götürdükdə, tellər seyrək görünür və sıxlığını itirir. Pardo qeyd edir ki, saç kəsimi zamanı seyrəltmə qayçılarından həddindən artıq istifadə edildikdə də eyni problem yaranır.

İkinci səhv saçların həddindən artıq teksturalaşdırılmasıdır. Ülgüclə kəsmək və telləri çox seyrəltmək incə saçları cansız edə, ucların isə seyrək və pırpızlı görünməsinə səbəb ola bilər. Nəticədə, saçın uzunluğu uyğun olsa belə, saç düzümü arzuolunandan daha az həcmli görünür.

Pardo bunun əvəzinə saçların sıxlığını qoruyan, aydın və düz kəsim xəttinə malik modelləri seçməyi tövsiyə edir. Onun sözlərinə görə, incə saçlı insanlar üçün klassik bob, uzadılmış bob və eyni uzunluqda kəsilmiş saç modelləri xüsusilə uyğundur. Saçlara qatlar vasitəsilə hərəkətlilik vermək istədikdə isə ustadan qatları minimum səviyyədə saxlamağı və ucların həcmini azaltmayacaq şəkildə kəsməyi xahiş etmək daha yaxşıdır.

Saçlara qulluq və forma vermək üçün istifadə olunan vasitələrin seçimi də az əhəmiyyət daşımır. Stilist xəbərdarlıq edir ki, qatı kondisionerlər, sıx teksturalı maskalar, ağır yağlar və saçda qalan qulluq vasitələri incə saçları ağırlaşdıra, nəticədə onların dolğunluğunu daha tez itirməsinə səbəb ola bilər. Xüsusilə kondisioner tərkibli vasitələri birbaşa saç diblərinə həddindən artıq miqdarda çəkmək məsləhət görülmür.

Saçların yüngüllüyünü qorumaq üçün Pardo yüngül tərkibli məhsullara üstünlük verməyi məsləhət görür. Kondisionerləri və saçları hamarlayan vasitələri əsasən saçın uzunluğu boyunca, xüsusilə orta hissəsinə və uclarına çəkmək daha məqsədəuyğundur.

Evdə saçlara əlavə həcm vermək üçün saç dibləri üçün nəzərdə tutulmuş muss və ya həcm spreylərindən istifadə etmək olar. Fenlə qurudarkən stilist saçları təbii düşmə istiqamətinin əksinə doğru yönəltməyi tövsiyə edir. Bu üsul saç diblərini qaldırmağa kömək edir. Saçların yuyulması arasındakı müddətdə quru şampun və ya teksturalaşdırıcı spreydən istifadə etmək tellərin daha dolğun görünməsinə və saç düzümünün formasını daha uzun müddət saxlamasına kömək edə bilər.

Pardo həmçinin etiraf edib ki, bəzən saçlarını yuduqdan sonrakı ilk gün elə həmin vaxtdan saç diblərinə quru şampun vurur. Bu, saçların tez yağlanmasını ləngitməyə və həcmini qorumağa kömək edir.

Aydın

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:118
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 10 Oktyabr 2026 22:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqləri SuperApp modelinə yaxınlaşır

25 Noyabr 2026 16:36see755

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see596

Marsda “kartof çipsi” dalğaları tapıldı

25 Noyabr 2026 16:18see311

Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər

25 Noyabr 2026 23:59see307

Hakimlərin xidmət haqqı normaları müəyyən olundu

25 Noyabr 2026 18:36see299

Bakıda 28 istiqamətdə sıxlıq var

25 Noyabr 2026 18:26see298

Mədəniyyət Nazirliyi Elmira Şabanovanın vəfatı ilə bağlı nekroloq yayıb

25 Noyabr 2026 21:47see298

Vəzifəlilərin biznesinə son qoyula bilər Yeni qanun nələri dəyişəcək?

25 Noyabr 2026 20:04see276

Valideynlərə xəbərdarlıq: Uşaqlara bunu özbaşına verməyin!

26 Noyabr 2026 02:11see261

Polis bölməsinə şaman çağırıldı Pis ruhları qovmaq üçün

25 Noyabr 2026 22:36see259

Qabriel Jezus: “Sabah”a hörmətlə yanaşaraq meydana çıxdıq”

26 Noyabr 2026 01:33see257

Polşada prezident sarayının yaxınlığında kişi özünü yandırdı

26 Noyabr 2026 00:01see252

Elgiz Əkbərin yeni layihəsi ilə bağlı ARB dən rəsmi açıqlama

25 Noyabr 2026 21:11see251

Xırdalan və Abşeronun bir sıra yaşayış məntəqələrinin yolları yenilənəcək Siyahı

25 Noyabr 2026 18:36see250

“Sabah” 5 turdan sonra ÇL də neçəncidir?

26 Noyabr 2026 04:01see247

Evdəki adi əşyalar uşağın həyatını təhlükəyə ata bilər Həkimdən xəbərdarlıq

25 Noyabr 2026 22:56see233

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

26 Noyabr 2026 18:52see229

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

26 Noyabr 2026 22:05see223

ADU Çinin Sincan Maliyyə və İqtisad Universiteti ilə Anlaşma Memorandumu imzaladı FOTO

26 Noyabr 2026 17:46see221

Azərbaycan və Aİ Orta Dəhlizin inkişafı ilə bağlı razılığa gəldi

26 Noyabr 2026 19:36see209
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri