Icma.az
close
up
RU
İncəsənət mərkəzlərinə işə qəbulla bağlı müsabiqə elan edilir

İncəsənət mərkəzlərinə işə qəbulla bağlı müsabiqə elan edilir

Xalqcebhesi portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Mədəniyyət Nazirliyi tabeliyində fəaliyyət göstərən musiqi, incəsənət, bədii sənətkarlıq, rəssamlıq, muğam, aşıq məktəb və mərkəzlərinə işə qəbul ilə bağlı xüsusi müsabiqə elan edilir.

Bu barədə Xalqcebhesi.az-a DİM-dən məlumat verilib.

Musiqi, incəsənət, rəssamlıq, muğam, aşıq məktəb və mərkəzlərinə direktorların, direktor müavinlərinin və müəllimlərin işə qəbulu Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin 2024-cü il 5 aprel tarixli 3-24/3-1-f-84/2024 nömrəli əmri ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən musiqi, incəsənət, rəssamlıq, muğam, aşıq məktəb və mərkəzlərinə müəllimlərin işə qəbulu və yerdəyişməsi Qaydaları”nın tələblərinə müvafiq olaraq aparılır.

Mədəniyyət Nazirliyi sistemindəki musiqi və incəsənət məktəblərində çalışan pedaqoji kadrların peşə səriştə və bacarıqlarının ölçülməsi, onların ixtisasına, sənətinə müvafiq olaraq tutduğu vəzifəyə uyğunluğunun müəyyənləşdirilməsi məqsədilə 2025-ci ilin fevral ayından etibarən regionlar və ixtisaslar üzrə mərhələlərlə müəllimlərin attestasiyası keçirilmişdir.

Keçirilmiş attestasiya prosesi 4000 nəfərə yaxın müəllimi əhatə etmiş, attestasiya komissiyasının qərarına əsasən tutduğu vəzifəyə uyğun hesab edilməyən müəllimlərin əmək müqavilələrinə xitam verilmişdir. Kiçik səs çoxluğu (komissiya üzvlərindən 2 nəfərin lehinə və 3 nəfərin əleyhinə səsverməsi) ilə tutduğu vəzifəyə uyğun hesab edilməyən müəllimlər Nazirlik tərəfindən təşkil edilən təlimlərdə iştirak edərək xüsusi müsabiqəyə qatılmaqla yenidən pedaqoji fəaliyyətə qayıtmaq imkanı əldə etmişdilər.

Onlayn qeydiyyat

Xüsusi müsabiqəyə buraxılmış namizədlərin siyahısı Mədəniyyət Nazirliyi tərəfindən Dövlət İmtahan Mərkəzinə təqdim edilmişdir. Namizədlər 1 – 17 oktyabr 2025-ci il tarixlərində DİM-in portalında “Şəxsi kabinet”lərini yaratmalıdırlar. Kabinet yaradılan zaman kabinetin pul hesabı açılır. Namizədin imtahanda iştirak etməsi üçün ödənişin məbləği 80 AZN (ƏDV daxil olmaqla) təşkil edir. “Şəxsi kabinet”də olan pul hesabına vəsait daxil etmək üçün müxtəlif ödəniş üsullarından (ətraflı məlumat burada) istifadə etmək olar.

Qeydiyyat üçün xidmət qeyd edilən tarixlərdə aktiv olacaq.

Şəxsi kabinet yaradıldıqdan sonra imtahanda iştirak etmək üçün DİM-in rəsmi internet saytında “Musiqi, incəsənət, bədii sənətkarlıq, rəssamlıq, muğam, aşıq məktəb və mərkəzlərinə müəllimlərin xüsusi müsabiqəsinin test imtahanında iştirak etmək üçün onlayn qeydiyyat” xidməti vasitəsilə qeydiyyatdan keçmək lazımdır.

Qeydiyyatdan keçmiş namizədlər imtahanda iştirak etmək üçün 21 – 25 oktyabr tarixlərində DİM-in saytından “Elektron imtahanlara buraxılış vərəqələri və nəticələrin çapı” xidməti vasitəsi ilə “İmtahana buraxılış vərəqi”ni çap edərək götürməli və imtahan binasına gələrkən şəxsiyyəti təsdiq edən sənədlə birlikdə özləri ilə gətirməlidirlər.

Musiqi ixtisasları üzrə müəllimlərin işə qəbulu müsabiqəsinin test proqramlarının klassik və milli musiqi üzrə differensiallaşdırılmış şəkildə hazırlandığını nəzərə alaraq, namizədlərin qeydiyyat zamanı ixtisaslarına uyğun müvafiq kitabçanı seçməsi tələb olunur.

Test imtahanı mərhələsi üzrə proqramlar

Cədvəl 1: İmtahana qeydiyyat və imtahanın keçirilmə tarixi

Qeydiyyatın başlama tarixi

Qeydiyyatın bitmə tarixi

İmtahan tarixi

İmtahan

1 oktyabr 2025-ci il

17 oktyabr 2025-ci il

26 oktyabr 2025-ci il

İmtahanın keçirilməsi

1. Müəllimlərin xüsusi müsabiqə imtahanında namizədlərin aşağıdakı sahələr üzrə bilik və bacarıqları qiymətləndiriləcək:

İxtisas üzrə biliklər (müvafiq olaraq musiqi (klassik və ya milli)/ təsviri sənət)

Pedaqogika və pedaqoji psixologiya

Məntiq

Ümumi dünyagörüşü

İmtahanda namizədlərə yalnız qapalı tipli tapşırıqlar təqdim olunacaq. Test imtahanında namizədlərə ixtisas bilikləri üzrə 40 sual, pedaqogika üzrə 10 sual, məntiq üzrə 10 sual, ümumi dünyagörüşü üzrə 10 sual olmaqla 70 sual təqdim edilir. Hər bir suala düzgün cavab 1 (bir) balla qiymətləndirilir. Səhv cavablar düz cavabların nəticəsinə təsir göstərmir.

Ümumilikdə imtahan prosesi 2 saat davam edəcək.

Xüsusi müsabiqə imtahanı 26 oktyabr 2025-ci il tarixində Dövlət İmtahan Mərkəzinin elektron imtahanlar korpusunda (Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov küçəsi, 50, TÜRKPA-nın yanı) kompüterlər vasitəsilə keçiriləcək. İmtahan iştirakçıları imtahanı yekunlaşdırdıqda və ya imtahan üçün ayrılan vaxt başa çatdıqda nəticələrlə tanış olmaq imkanına malik olacaqlar. Nəticələr həmçinin növbəti gün DİM-in saytına yerləşdiriləcək.

İmtahan nəticələri növbəti mərhələnin keçirilməsi üçün Mədəniyyət Nazirliyinə təqdim ediləcək.

Cədvəl 2: İmtahanın strukturu

İmtahan mövzuları

Sual sayı

1. Namizədin ixtisasından asılı olaraq

40

Musiqi

Təsviri sənət

2. Pedaqogika və pedaqoji psixologiya

10

3. Məntiqi təfəkkürün yoxlanılması

10

4. Ümumi dünyagörüşü

10

Test imtahanında toplanılması mümkün olan maksimum nəticə 100 faizlə ifadə edilir.

İmtahanda təqdim edilmiş test tapşırıqlarından 50 faizini düzgün cavablandıraraq 35 bal toplamış namizədlər uğur qazanmış hesab edilirlər (Bakı, Sumqayıt və Gəncə şəhərlərində, Abşeron rayonunda yerləşən məktəblər istisna olmaqla).

Bakı şəhərinin məktəbləri üzrə işə qəbul üçün imtahanda təqdim edilmiş test tapşırıqlarından 70 faizini düzgün cavablandıraraq 49 bal toplamış namizədlər, Abşeron rayonu, Sumqayıt və Gəncə şəhərləri üzrə məktəblərə işə qəbul üçün imtahanda təqdim edilmiş test tapşırıqlarından 60 faizini düzgün cavablandıraraq 42 bal toplamış namizədlər uğur qazanmış hesab edilir.

Test imtahanı mərhələsinin nəticələri müvafiq arayışla rəsmiləşdirilir.

Test mərhələsində tələb olunan keçid balını toplayaraq uğur qazanan namizədlər müsahibə mərhələsinə buraxılır.

Cədvəl 3: Keçid balı

Keçid balı

Faiz

Bal

Bakı şəhərində yerləşən məktəblər üzrə

70

49

Sumqayıt və Gəncə şəhərlərində, Abşeron rayonunda yerləşən məktəblər üzrə

60

42

Digər məktəb və mərkəzlər üzrə

50

35

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:80
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 29 Sentyabr 2025 16:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see352

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see238

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see221

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see192

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see189

Mənzil almaq istəyənlərə ŞAD XƏBƏR

29 Dekabr 2025 02:07see178

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see171

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see170

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see166

Türkiyədə tanınmış reper həbs edildi

30 Dekabr 2025 03:04see157

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see156

DİN Baş İctimai Təhlükəsizlik İdarəsinə rəis təyin edilib

29 Dekabr 2025 03:50see153

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see153

Bakı sakinlərinə ŞAD XƏBƏR: Tarqovı nın ərazisi böyüdülür (FOTO)

29 Dekabr 2025 04:20see151

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see150

Dünyanın ən yaxşı hücumçusu bilindi

29 Dekabr 2025 02:22see141

AİJA qalibləri açıqladı: Qaynarinfo İlin saytı seçildi

29 Dekabr 2025 18:25see138

Yamal 20+20 qolla yüksək liqa oyunçularının elit siyahısına qoşulub

30 Dekabr 2025 03:09see133

Kamavinqanın 2026 planı “Real” üçün əsas prioritetdir

29 Dekabr 2025 02:36see132

Yeni ilin məşhur salatı ilə bağlı dietoloqdan xəbərdarlıq

29 Dekabr 2025 11:41see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri