İncəsənət Muzeyində uşaqlar üçün maarifləndirici proqram keçirilir
Icma.az, 525.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Milli İncəsənət Muzeyində Azərbaycanın görkəmli rəssamı, Azərbaycan dəzgah boyakarlığının banisi Mirzə Qədim İrəvaninin yaradıcılığına həsr olunmuş “Mirzə Qədim İrəvani: 200 illik sənət salnaməsi” sərgisi çərçivəsində yeni maarifləndirici proqram həyata keçirilir.
525.az xəbər verir ki, bu proqram iştirakçıları Azərbaycan təsviri sənətinin görkəmli nümayəndələrindən olan M.Q.İrəvaninin zəngin və çoxşaxəli bədii irsi ilə yaxından tanış olmağa dəvət edir.
Proqram çərçivəsində uşaqlar üçün tematik ekskursiyalar və ustad dərsləri təşkil olunacaq. Balaca iştirakçılar M.Q.İrəvani sənətinin əsas xüsusiyyətlərini öyrənəcək, rəssamın yaradıcılıq dünyasını kəşf edərək təsviri sənətə maraqlarını inkişaf etdirəcəklər. Ustad dərsləri zamanı uşaqlar rəssamlıq və müxtəlif əl işləri üzrə öz yaradıcılıq bacarıqlarını sınamaq imkanı əldə edəcəklər.
Muzeydən bildirilib ki, bu maraqlı və əyləncəli proqram uşaqlar üçün həm yaddaqalan bir təcrübə, həm də yeni biliklər qazanmaq üçün gözəl fürsət olacaq. Onlar sənət vasitəsilə düşünməyi, müşahidə etməyi və öz fikirlərini yaradıcı şəkildə ifadə etməyi öyrənəcəklər.
İştirak etmək istəyənlər öncədən (012) 492 07 07 və (051) 580 85 21 telefon nömrələri ilə əlaqə saxlayaraq qeydiyyatdan keçə bilərlər.
Şahanə Müşfiq
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:52
Bu xəbər 08 Yanvar 2026 18:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















