Icma.az
close
up
RU

İncəyurddan NƏĞMƏKARA

Moderator.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Yusif Nəğməkarla ünsiyyət dastanının boyları

Birinci boy

Yusif Nəğməkar...

Çox şairlərin şəninə yaraşan, yaradıcılığına yanaşan “nəğməkar” epiteti Yusifin adına vəsiqələndi.

Səsələnən, eneryili, uğurlu, cazibədar ad, ədəbi təxəllüs... Bu, Allahın bir lütfü!

İkinci boy

Hər ikimiz İTV-nin “Ozan məclisi”nə dəvətliydik. İlk dəfə bir araya gəlirdik. Ona qədər mətbuatda, mediyada, virtual aləmdə tanış idik, yaradıcılığına bələdiydim aralıdan aralıya. “Ozan”da el şairi Qurban Musayev haqqında danışmalıydıq. Studiyada yanaşı oturanda əyani tanışlıq məqamına elə başladı ki, görən deyərdi ki, min ilin dostlarıdı bunlar. Onda Qurban müəllimin ədəbi müstəvisinin və şəxsiyyətinin portretini mühitin, məkanın fonunda elə fərqli bir dəst-xəttlə cızdı ki, gördüm standartlardan deyil, maraqlı adamdı, mətləbə öz yanaşmaları var. Şairin adına bağladığı kitabın qurluşu da maraqlıydı. Səhifələr boyu yan haşiyələrdə ömürlükdən fraqmentləri səpələmişdi ustalıqla. Bu, Yusifin barəsində üzbəüz, yanbayan ilk, müfəssəl təəssüratım oldu. 

Üçüncü boy 

Sumqayıta gedirdik Yusifin arabasında. İbrahim İlyaslının 50 illik yubiley törəninə yönlənib yol almışdıq. Yol bu nəğməkar şairin mənəvi dünyasının hər kəsə bəlli(açıq) olmayan 40-cı otağının qapısı qismən üzümə açıldı. Ədəbi cameyə gəlişində və sonrakı dostluq əlaqələri zamanı Bəxtiyar Vahabzadənin haqqında təsnifatının incə məqanlarını agah elədi. Ustada deyəndə ki:

Qızılgülün budağında tikan bitib,

Qaratikan kolunda yaşıl sığallı yarpaq.

Gözəlliyi qoruyan sərtliyə,

Sərtliyi gizlədən zərifliyə bax!..

Bəxtiyar müəllim əllərini göyə açıb: “Allah, sənə şükür, Allah! Ədəbiyyatımızın sabahı var”. Bax, bu bir kəlmə, bütün xeyir dualardan, uzun-uzadı ön sözlərindən ötə deyilmi?!

Yolboyu ən önəmli yenilik Yusifin səsində, zümzüməsində muğam parçalarını eşitməyim, eşidib heyrətlənməyim oldu.  Süleyman Abdullayevin nəfəsini, ləmsini xatırladan unikal oxusu hələ də huşumda səslənir. Görünür, Allah istedad verdiyi adamlara istedadını nümayiş etdirmək üçün fərqli qabiliyyətlər də verir.

Dördüncü boy

Ötən yay sevgimizin ortaq ünvanı olan Şuşaya rəsmi səfər-ziyarət zamanı yenə qoşalaşdıq. Seçkin qələm dostlarımızın yerləşdiyi avtobusda yan-yana oturduq. Orda da həmişə olduğu kimi yenə hamıdan fərqləndi, mikrafon götürüb aparıcılıq elədi. Öz-özünə, təbii şəkildə koordinatorumuz oldu. Şeir şeir söylətdi, şeir söylədi:

Arxa-arxayadı silsilə dağlar,

Üstünə gürşadlar tökülsün, nə qəm!

Zirvələr buludu başına bağlar,

Bir daşı tərpənməz titrəsə aləm.

Sellərin ağzında yallar yalansa,

Təmkinli gədiklər baxar, sarsılmaz.

Şimşəyin qılıncı qızıl ilansa,

Qayalar kirpiyə dönər, basılmaz.

Ağaclar hörülər biri-birinə,

Helləşən kəllərin buynuzu kimi.

Mat qalıb dağların bu hünərinə,

Mələr təbiət də bir quzu kimi.

Dağları əbədi yaşadan belə

O dağın bu dağa kömək əlidi.

Əl-ələ verməyi, birliyi hələ

İnsanlar dağlardan öyrənməlidir!

Yusif Nəğməkarın onda səsləndirdiyi yerinə, məqamına düşən bu şerini dinləyib əl çalanlara mən də böyük məmuniyyətlə qoşulmuşdum.

Yolboyu yenə yaxşı bir coğrafiya dərsi keçdi yolçulara. Yusif Aran Qarabağdan(Beyləqan) olduğu və oraları ağac-ağac, daş-daş tanıdığı üçün Arandan Aran Qarabağa, Aran Qarabağdan Dağlıq Qarabağa keçid yerlərini və keçid yerlərində təbiət dəyişkənliklərini əyani şəkildə göstərir və yenə hər kəsin bilgisinə, marağına vəsilə olurdu. Şuşada qaldığımız üç gün müddətində davranışı ilə xarakterini də hir daha sərgilədi. Deyirlər ki, yol, səyahət adamı göstərib tanıtmağın ən yaxşı güzgüsüdü. Düz deyirlər.

Beşinci boy

Sonralar bizim Qazax Xeyriyyə İctimai Birliyinin bir sıra tədbirlərinə dəvət aldı, elə qaynadı-qarışdı ki, sədrimiz prof. İlham Pirməmmədov Birliyimizin fəxri üzvlüyünə qəbul etmək üçün ona zəmanət verdi. Görüşlərimiz intensivləşdi. 70 yaşımın tamamında digər yaxın dostlarin, həmkarların sırasında həm Atatürk mərkəzində rəsmi törəndə, həm də “Xarı Bülbül”də süfrəli, sazlı-sözlü ikinci hissədə də bir yedəydik. İncəli ola, İncəli məclisi ola, aşıx tünlüyü olmaya. Heç ağıl kəsən şey deyil. Aşıq Şaiq, aşıq Avdı meydan sulayırdılar. Onları əvəzləyənlər də olurdu. Sifarişlər davanbasaraq gəlirdi. Söz şair Yusif Nəğməkara veriləndə, dübarə aşiq Yusif Nəğməkar da peyda oldu. “Yanıq Kərəmi”si ustad aşıqların havacatları yanında heç sıxılıb-zad eləmədi. Şeirinə tuş gələn alqışlar, sazına da tuş gəldi. 

Yusifin solo-saz ifaçılığı yarışmasının qalibi olmasını, çalğısında impirvizəli gedişlərini, özünün təbirincə desək sinə kamanının  da (sikripka) mahir ifaçısı olmasını hamı bilir. Bir daha xridarların meydanına sazla girməsi (girib yarıtması) isə ayrı mətləbin nişanıydı. 

Altıncıi boy

AMEA-bağında Beynəlxal Kitab sərgisi düzənlənmmişdi. Möhtəşəm panellər həm paralel səsləşir, həm də bir-birini əvəz edirdi. Əraziyə girəndə kitablarını stollara düzənlər yalan oldu, Yusif gerçək. Tanyanların əhatəsində yenə də haylı-haraylı, eşqli-enerjili dialoqlar, söz-söhbətklər... Mənə də söz verdilər və mən təbrikimi və şair dostumun gözüm alan bu şeirini dedim:

ÖMÜR YOLU KİMİ...

Gör dünyanın harasında

Yar-yarğanlar arasında

Gözlərimin qarasında

Axan bulud xəyalımdır.

Heyrətim-ahım, amanım,

Fikrim-çəhlimli dumanım,

Qıjov çay-sazım, kamanım,

Sel-çağlayan royalımdır.

Yermi, göymü, heç bilmirəm,

Barı sən bax, seç, bilmirəm,

Yal aş, keçid keç, bilmirəm,

Yamac yaşıl boyalımdır.

Əlvan, sərgin tüllərə bax,

Kövrək, zərif tellərə bax,

Döşdə gəlin güllərə bax,

Qız qönçələr həyalımdır.

Bulaq təbim süvarlanan --

Dərya dərə avarlanan...

Axşamüstü yuvarlanan;

O gündöyən Ay alımdır.

Sərt kahalar daş küməli;

Yaradanın rahim əli...

Dağ sükutu vahiməli --

Nağılım, röya halımdır...

Yolu sağa, sola əyin,

O sıldırım sınmaz deyin.

Güzarımın bəxti yeyin,

Qədəmlərim sayalımdır.

Dağlar ucadır, uludur,

Ərzin bükülməz qoludur...

Keçdiyim ömür yoludur --

O da daşlım, qayalımdır...

Yeddinci boy

Tarix saatını durdurdu birdən,

Ümid baharımız qandan qışladı...

Zaman buzlaq kimi donduğu yerdən

İsinib, sındığı andan başladı.   

Üşüyən torpağa isti qan töküb,

Çoxdan ər səsləyən meydana girdik.

Ürəyi qeyrətə, hünərə büküb,

Qarabağ səbrinin üstünə sərdik.

Qırx dörd gün içində hesab qanunu

Pozuldu hesabsız illərə rəğmən;

Otuzun cəmindən kəm gördük onu -

Məğzi kəmiyyətin dəyişdi həmən...

Atəşlər önündə leş qalaq-qalaq...

Bəlkə od yağdıran Tanrı əliydi.

Vətən sevgisinin yağmuruna bax -

Axışan əsgərmi, ya ruh seliydi?!

Məkrin qərinəcə çatılan qaşı

Ya şər, xəyanətin qəfil qəsdi ya...

Otuz il - torpağın əsarət yaşı,

Qırx dörd gün -

            "məhbus"a şok "amnistiya"...

Sinə sipərimiz - çətən arzular...

Səda Rəbbimizdən, can özümüzdən.

Doğdu günəşimiz - Vətən arzular

Şəhidlik, qazilik danüzümüzdən.

...Otuz il sıxıldıq yaytək, sonunda

Dəli nərə kimi açıldı ünüm;

Haqqa süvar oldu heyrət donunda

Dünyanı mat qoyan o qırx dörd günüm!..

Boylarımız boy verə-verə irəliləməkdə… Yusif Nəğməkar  ömrünün müdrik çağının müdrik şeirlərini yazmaqda…  Hər yerdə, hər zaman görünrülü və sevilən bir ömür hekayəsi yazmaqda…  Gələcəyə, görəcəyə Salam olsun!

Rəfail İncəyurd

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBu mövzuda digər xəbərlər:
seeBaxış sayı:152
embedMənbə:https://moderator.az
archiveBu xəbər 22 Yanvar 2025 12:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see327

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see319

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see314

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see286

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see278

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see245

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see242

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see232

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see229

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see225

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see222

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see219

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see213

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see209

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see199

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see198

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see196

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see196

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see180

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri