İndi də bir birini sosial şəbəkədə “blokladılar” FOTO
Icma.az, Manset portalına istinadən məlumat yayır.
Bir müddət əvvəl “təşəkkür” davasına çıxan türkiyəli müğənnilər Demet Akalın və Gülben Ergen indi “bloklama” mübahisəsinə başlayıblar.
Manset.az türk mediasına istinadən xəbər verir ki, müğənnilər arasındakı gərginlik sosial medianın müzakirə obyektinə çevrilib.
Belə ki, Demet Akalın “X” hesabında Gülben Ergeni bloklayıb. Vəziyyəti sonradan anlayan Ergen “Keçi can hayında, qəssab piy axtarır” sözləri ilə paylaşım edib.
Akalının cavabı isə sərt olub: “Yəqin ki, qəssab da mənəm, mal da mənəm! İzləmədən çıxdım, bəli. Demişdi ki, Narinin məktəb tikintisi bitməyəcək, rüsvay olacağam. Amma mən o vaxt qəssab deyildim”.
Müğənni həmçinin bir ay əvvəl blokladığı Ergen üçün “səmimiyyətsiz” ifadəsini işlədib.
Qeyd edək ki, Gülben Ergenin təsisçisi olduğu “Çocuklar Gülsün diye Derneyi” Diyarbakırda qətlə yetirilən Narin Güranın adına uşaq bağçası tikdirib və sənətçi sosial mediada əməyi keçənlərə təşəkkür edib. Demet Akalın məktəb üçün dəstək istədiyi ailənin siyahıda olmamasına görə həmkarına əsəbiləşmişdi.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:128
Bu xəbər 05 Aprel 2025 19:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















