İndi də Qərbi Nil qızdırması: Virusun digər ölkələrdən gətirilmə hadisəsi olarsa... RƏSMİ
Icma.az, Bakivaxti portalına istinadən məlumat yayır.
Rusiyada Qərbi Nil qızdırmasının (WNF) pik həddinin avqust ayında olması gözlənilir.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Rospotrebnadzor" məlumat yayıb.
Məlumata görə, 2025-ci ilin epidemiya mövsümündə Rusiya Federasiyasında WNV epidemiya prosesinin intensiv təzahürlərinin iyun-sentyabr aylarında, pik həddinin isə avqustda olacağı gözlənilir.
Eyni zamanda, idarədən xəstəliyin konkret müalicəsinin olmadığı söylənilib.
Maraqlıdır, ölkəmizdə də sözügedən virusun yayılma riski varmı?
Məsələ ilə bağlı Səhiyyə Nazirliyindən Bakıvaxtı.az-ın sorğusuna cavab olaraq bildirilib ki, Azərbaycan “Qərbi Nil” virusuna endemik ölkə deyil.
Nəzərə çatdırılıb ki, digər ölkələrdən gətirilmə hadisəsi olarsa, onun yayılma riski sıfıra bərabərdir.
“Çünki bu virusun ötürülməsində iştirak edən daşıyıcı ağcaqanad növü bizim ölkəmizin ərazisində mövcud deyil”,- deyə nazirliyin məlumatında vurğulanıb.
Mina Mikayılova
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:165
Bu xəbər 15 May 2025 10:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















