Icma.az
close
up
RU
İndi əsas məsələ Ermənistanı reallıq hissinə qaytarmaqdır

İndi əsas məsələ Ermənistanı reallıq hissinə qaytarmaqdır

Newscenter.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.


Paşinyan iqtidarının atdığı son addımlar mahiyyətcə Ermənistan dövlətinin avantürist dövlət olduğunu bir daha təsdiqləyir. "Demokrat" Nikolun atdığı addımların müharibə caniləri olan sabiq Ermənistan prezidentləri - Levon Ter-Petrosyan, Robert Köçəryan və Serj Sərkisyanın yürütdükləri məkrli, destruktiv, təxribatçı və təcavüzkar siyasətdən, prinsip etibarilə, heç bir fərqi yoxdur. Azərbaycan Prezidenti İlham Əliyevin 7 yanvar tarixli müsahibəsində Ermənistan rəhbərliyinə ünvanladığı silahsızlaşdırma, defaşizasiya çağırışlarından və sülh mesajlarından sonra Paşinyan hökumətinin həm “Ermənistan Respublikasının Avropa İttifaqına üzvlük prosesinə başlanması” haqqında qanun layihəsini təsdiqləməsi, həm də ABŞ və Ermənistan xarici işlər nazirləri arasında strateji tərəfdaşlıq sənədinin imzalanması rəsmi İrəvanın avantürist ənənələri davam etdirdiyini təsdiqləyir.
Hazırda Ermənistanda eyforiya hökm sürür. Xəyalpərəst ermənilərə elə gəlir ki, Avropa İttifaqına (Aİ) üzvlük prosesi ilə bağlı sənədin və ABŞ-Ermənistan strateji tərəfdaşlığına dair xartiyanın imzalanması sanki onların üzünə "cənnət"in qapılarını açacaq. Lakin əsl həqiqətdə isə, bu, onların öz-özlərini aldatmaqlarından başqa bir şey deyil. Paşinyan hökumətinin bu sənədləri imzalaması növbəti geosiyasi avantüradır. Ermənistan tərəfi bu addımları atmaqla ilk növbədə regionda balansı dəyişməyə can atır. Xüsusən də srağa gün ABŞ Dövlət Departamentinin ofisində XİN başçıları Entoni Blinkenlə Ararat Mirzoyan arasında sənədin imzalanmasında əsas məqsəd Birləşmiş Ştatların Ermənistanda fiziki-hərbi cəhətdən yerləşməsini təmin etməyə xidmət edir. Ermənistan ABŞ və Aİ-nin "qanad"ı altına sığınmaqla öz təhlükəsizliyini təmin etməkdən daha çox, alət və forpost kimi istifadə olunmağa şərait yaradır. Bu da Blinken və Mirzoyan tərəfindən imzalanan bədnam xartiyanın Bayden administrasiyası ilə Paşinyan hökumətinin növbəti təxribatçı planının tərkib hissəsi olduğunu göstərir.
Ancaq Ermənistan tərəfi gethagetdə olan Bayden administrasiyası ilə belə bir sövdələşməyə imza atmaqla həmişə olduğu kimi növbəti dəfə yanlış seçim etmiş oldu. Məsələ burasındadır ki, Blinkenin imzaladığı bu sənədin yaxın günlərdə səlahiyyətlərinin icrasına başlayacaq ABŞ-ın seçilmiş Prezidenti Donald Tramp tərəfindən yerinə yetiriləcəyinə heç bir zəmanət yoxdur. Çünki Tramp Bayden administrasiyasının xarici siyasət kursu ilə qətiyyən razılaşmır. Ona görə də ABŞ-la Ermənistan arasında imzalanan sənəd də dekorativ xarakter daşıyır.
Ermənistan isə nəticələrini öncədən dəqiq hesablaya bilmədiyi bu cür avantürist və təhrikçi addımları ilə öz durumunu daha da ağırlaşdırır. Üzdə sülhdən danışan, lakin reallıqda isə silahlanmanı davam etdirən, sərhədlərimizdə casusluq fəaliyyəti ilə məşğul olan Aİ-nin "mülki" müşahidə missiyasının fəaliyyət müddətini uzatmağa çalışan, ABŞ-la hərbi-texniki sahədə əməkdaşlığı genişləndirməyə can atan rəsmi İrəvan olduqca təhlükəli oyun oynayır. Böyük güclərin Cənubi Qafqaza soxulması üçün legitim əsaslar yaratmağa çalışmaq Ermənistan üçün yolun sonu ola bilər. Paşinyanın başından böyük oynaması "Ermənistan" adlı layihənin bağlanması ilə nəticələnə bilər. Nə Azərbaycan, nə də Türkiyə Ermənistanın avantüralarına göz yummaq fikrində deyil.
İran və Rusiya isə öz bəslədikləri "ilan"ın (Ermənistanın) bundan sonrakı sürprizlərinə də hazır olmalıdırlar. Məhz onların yanlış himayəçilik, havadarlıq siyasəti sonda Ermənistanın tamamilə nəzarətdən çıxmasına gətirib çıxartdı. Ona görə də dünənə qədər Rusiyanın, İranın plasdarmı rolunda çıxış edən Ermənistan bu gün isə kursunu dəyişərək, ABŞ-ın, Fransanın, Avropa İttifaqının forpostu olmağa qərar verir. Bu isə bütün regionumuz üçün təhdidlər yaradır. Ona görə də indi əsas məsələ Ermənistanı reallıq hissinə qaytarmaqdır.
Əlisahib Hüseynov,
Azərbaycan Həmrəylik Komitəsinin sədri
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:201
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 16 Yanvar 2025 13:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see748

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see464

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see292

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see284

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see281

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see268

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see259

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see254

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see252

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see248

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see235

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see222

Fransanı NATO dan çıxarmaq istəyir

08 Noyabr 2026 03:56see215

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see211

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see211

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see210

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see205

Komedixana nın aktrisasının 10 il əvvəlki görünüşü (Foto)

08 Noyabr 2026 09:30see203

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see201

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri