Icma.az
close
up
RU
İndi hamı bu ailədən DANIŞIR: 7 uşaq atası ilə MÜSAHİBƏ

İndi hamı bu ailədən DANIŞIR: 7 uşaq atası ilə MÜSAHİBƏ

Lent az saytına istinadən Icma.az xəbər verir.

Bu günü çox maraqlı bir paylaşımla açdıq. Zərdabın Sarıqaya kəndində 7 uşaq atası olan fiziki tərbiyə müəllimi Amil Mustafayev bu il 6 övladını məktəbə yola salıb. Son illərdə çoxuşaqlı ailə görməyə həsrət olduğumuz üçün bu xəbər könlümüzü oxşadı desək, yalan olmaz.

Lent.az-ın əməkdaşı Amil müəllimdən çoxuşaqlı ailənin məsuliyyəti barədə müsahibə aldı.

-Amil müəllim, 7 övladlı ailə olmaq sizə sosial cəhətdən necə təsir edir? Uşaqların sayına görə sizi qınayan olurmu?

-Şükür Allaha, hər şey qaydasındadır, heç nəyə ehtiyacımız yoxdur. Özüm də çoxuşaqlı ailədə böyümüşəm. 13 bacı-qardaşdan 11-miz yaşayırıq. Onların da arasında Avropada, xarici ölkələrdə yaşayanlar var. Ola bilsin ki, bu da, şüaraltı bizə təsir edib. Amma 7 uşağı yoldaşımla ikimiz də istəmişik, planlı şəkildə övladlarımız dünyaya gəlib. Ümumiyyətlə, bu məsələlər tək tərəfin arzusu ilə olmamalıdır. Hara getsək, maraqla qarşılanırıq.

-Nə gözəl, Allah saxlasın. Bilmək olar, neçə yaşınız var?

-Mənim 41, yoldaşımın isə 37 yaşı var.

-Bildiyimiz qədərilə müəllim kimi çalışırsınız. Hansı fənni tədris edirsiniz? Həyat yoldaşınız da çalışır?

-Bəli, yoldaşım xanəndədir, uşaq internat məktəbində musiqi müəllimi, mən isə Sarıqaya kənd məktəbində fiziki tərbiyə müəllimi kimi fəaliyyət göstərirəm.

-Bəs uşaqların arasında neçə yaş fərq var? Əkiz övladınız var?

-6 uşaq 1 yaş, 7-ci isə 2 il fərqlə doğulub. Sentyabrın 30-u sonuncu övladımın 3 yaşı tamam oldu. Aralarında əkiz yoxdur.

-Adları nədir bəs?

-Böyük oğlumun adı Yusifdir, daha sonra Sevgi, Fərəh (çox adam bu adı qıza qoysa da, mənim oğlumun adıdır), Zəhra, Həyat, Dəniz və Fateh.

-Necə maraqlı, müasir adlardır. Diqqətimizi çəkdi, nənə-baba adı yoxdur aralarında.

-Bəli, nənə-baba adı yoxdur aralarında, çünki böyük qardaşlarım ata-anamın adını övladlarına veriblər.

-Amil müəllim, subay vaxtlarınızdan çox uşaq atası olmağı arzulamısınız?

-Bəli, bu fikir məndə ailə qurandan sonra formalaşmayıb. Əvvəldən istəmişəm.

-Uşaqlara baxmaq üçün köməkçiniz var? Maddi durumunuz necədir?

-Bizdə bu, planlı şəkildə olduğuna görə biz heç nədən çəkinmirik, kiminsə köməyinə ehtiyac duymuruq. Mən müəllimliklə bərabər təsərrüfatla məşğulam, mal-qara saxlayıram, əkin əkirəm. Yoldaşım da işə gedir-gəlir. Ailəmizdə hər şey qaydasındadır. 2-3 uşaqlı ailələrdən əskik yox, hələ artıq yaşayırıq.

-Nə gözəl, canınız sağ olsun. Uşaqların peşə seçimi ilə bağlı arzuları var? Onlar nə olmaq istəyirlər?

-Sosial şəbəkələrdə uşaqların fotosuna xoşagəlməyən rəylər yazırlar. Deyirlər ki, kasıb nə edirdi bu qədər uşağı və s. Bizim kasıblıqla heç bir əlaqəmiz yoxdur. Şükür Allaha yaxşı yaşayan 3 ailədən biri mənəm. Övladlarımın da ixtisas seçimini onların öhdəsinə buraxmışam. Bununla yanaşı onlara ata kimi istiqamət də verirəm. Uşaqların hər birinin fitri istedadı var. Onlardan biri 4-cü sinifdə oxumalıdır, amma proqramı o qədər gözəl bilir ki, onu 5-ci sinfə qoymuşuq, bacısı ilə birgə təhsil alır. Dərsdən sonra günün ikinci yarısı onları musiqi dərslərinə aparıram. Biri fortopiano, digəri kamança, o biri isə xanandəlik üzrə hazırlığa gedir. Sinifdə ən aktiv şagirdlərdəndirlər. İnsanların fikirləşdiyi kimi yardıma ehtiyacı olan ailə deyilik.

-Böyük ailə olmağın üstünlüyü və çətinliyi nələrdir?

-Çətin tərəfi deyərdim ki, yoxdur. 1 uşaqlı ailələr var, baxırsan ki, əsəbləri yerində deyil, ya uşağı döyürlər, ya qışqırırlar. Amma bizdə elə problem yoxdur. Bəlkə də, mənim də burada bəxtim gətirib: Uşaqların anasının da əsəbləri qaydasındadır, gözəl xanımdır. Övladlarımızı şiddətlə yox, sözlə tərbiyə edir. Etdikləri səhvlərə görə onlarla oturub, söhbət edir, qayğıyla yanaşır. Uşaqlar da buna görə tam sərbəstdirlər. İstədikləri yerə aparıram, istədiklərini alıram, gəzdirirəm. Ünsiyyət qurmağa açıqdırlar. Səhərlər anası hər birinin paltarını geyindirir, eyni anda hazırlaşdırır, saçlarını səliqəyə salır, çantlarını yığır və s. Bu bir az çətinlik yarada bilər. Amma bunların hamısının başında sevgi dayanır. Sevgi olmasa, bunlar mümkünsüzdür.

-Onların dərslərinə kim köməklik edir? Siz yoxsa yoldaşınız?

-İkimiz də çalışdığımız üçün dərsləri ilə biz maraqlana bilmirik. Ona görə də uşaqların tapşırıqlarına kömək üçün xüsusi müəllim tutmuşuq.

-7 uşaqdan sonra yenə düşünürsünüz?

-Xeyr, əvvəldən bizim istəyimiz 7 uşaq idi. Allaha şükür, hamısının canı sağlamdır. Mənə görə, onların hərəsi milyonlara bədəldir.

-Amil bəy, uşaqların xərci böyüklərdən çox olur. Övladlarınıza gündəlik nə qədər xərciniz çıxır təxmini?

-Gündəlik xərcləri çoxdur. Bir uşağın məktəbə getmək üçün, kursa getmək üçün ayrıca geyimi, ayaqqabısı, çantası və digər ləvazimatları olmalıdır. Təkcə maaşla bunu yola vermək mümkün deyil. Lakin əlavə işlərdən qazandığım gəlirə görə maddi vəziyyətimizlə bağlı problemimiz yoxdur.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:99
embedMənbə:https://lent.az
archiveBu xəbər 16 Sentyabr 2025 16:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

31 Yanvar 2026 00:12see356

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see315

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see250

Məşhur memardan ev dekorasiyası dərsləri: Bu əşyaları evimə əsla qoymuram

31 Yanvar 2026 08:12see210

Gəncədə 18 yaşlı gənc bıçaqlandı

31 Yanvar 2026 23:51see196

Bürclərə inanmaq psixoloji pozuntuların əlamətidir?

30 Yanvar 2026 17:39see193

Elmi və mədəni maarif proqramları strateji əhəmiyyət daşıyır

30 Yanvar 2026 16:03see180

Hikmət Hacıyevdən İranla bağlı MÜHÜM KONKRET

30 Yanvar 2026 20:56see159

Gəncə şəhər Baş Polis İdarəsinə yeni rəis təyin edilib

31 Yanvar 2026 02:40see158

Gec yatanlarda bu xəstəliklər yarana bilər Araşdırma

31 Yanvar 2026 01:09see157

Türkiyə serialları ailə və mədəni dəyərləri zəhərləyir Aydın Xam Əbilov

30 Yanvar 2026 19:07see157

Trampdan İrana sərt mesaj: “Daha pis ssenari mümkündür”

01 Fevral 2026 02:28see156

İsveçrədəki məhkəmə prosesi İtaliya ilə gərginliyə səbəb olub

30 Yanvar 2026 22:47see155

Hikmət Hacıyev: Azərbaycan İrandakı vəziyyətlə bağlı ABŞ ilə müzakirə aparmayıb

30 Yanvar 2026 23:20see149

Teleradio Akademiyasında “Mediada Azərbaycan dili” mövzusunda növbəti təlim keçirilib

31 Yanvar 2026 16:15see148

Azərbaycan güləşçiləri Göygöldə növbəti təlim məşq toplanışına başlayıblar

30 Yanvar 2026 17:51see140

Ziya Məmmədov yeraltı biznesi geri qaytarır

31 Yanvar 2026 04:51see139

Antonio Konte: “Bu matçlar oyunçuları və futbolu öldürür”

01 Fevral 2026 01:49see139

Manatı saxta puldan necə ayırd etmək olar? Bunları bilənlər aldanmır

01 Fevral 2026 06:08see137

Neftçi Araz Naxçıvan a, Qarabağ Turan Tovuz a qarşı

01 Fevral 2026 09:33see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri