Icma.az
close
up
RU
İndi kişi falçılar daha çoxdur: “Cadu üçün kilolarla qızıl alırlar araşdırma

İndi kişi falçılar daha çoxdur: “Cadu üçün kilolarla qızıl alırlar araşdırma

Icma.az, Milli.az portalına istinadən məlumat verir.

"Hər kəs dildə guya inanclıdır, müsəlmandır. Lakin əməlləri bunun əksini göstərir. Çünki fala, caduya inanmaq islam dinində ən böyük günahdır".

Milli.Az xəbər verir ki, bu fikirləri lent.az-a açıqlamasında psixoloq Elmir Əkbər səsləndirib.

Kökü hər nə qədər qədim zamanlara gedib çıxsa da, hər nə qədər kosmos əsrini yaşasaq da falçı və baxıcılara inam özünü günü bu gün də göstərməkdədir. 

Ataların "Fala inanma, faldan da qalma" deyimi də bu yerdə yada düşür. Bəs görəsən insanlar niyə hələ də xürafətə, fala inanır? Bir insan pullarını hansı səbəbdən fala və falçıya güvənib havaya sovurur?

Cəmiyyətin üzvləri kimi onların düşüncələri də fərqlidir. Əksəriyyət fala inanmadığını desə də, falçılardan mədət umanların mövcudluğunu da dana bilmərik.

İnsan yaradılışı etibarilə dini-mistik istiqamətə meylli olur. Bir çox mənfi niyyətli qüvvələr də insanın bu yaradılış keyfiyyətindən məharətlə istifadə edir. Elm olmayan yerdə cəhalət at oynadar. Cəmiyyətin maarif səviyyəsi (ali məktəbə qəbul imtahanında topladığı bal yox, məhz savadlılıq dərəcəsi) yuxarı olmadığı təqdirdə, heç bir elmi əsası olmayan qüvvələr bunu fürsət bilirlər. Əminliklə demək olar ki, savadlılıq səviyyəsi yüksək olan, mənəvi-emosional cəhətdən dolu olan (və ya bu ehtiyacını necə qarşılayacağını bilən) insanların yaşadığı cəmiyyətdə absurd həll yollarına meyl edilmir.

Bəs fal inancı nə vaxt və harada yaranıb?

Bəşəriyyətin tarixi qədər qədim olan fala inancın kökü təxminən eramızdan əvvəl IV minilliyədək uzanır. Xüsusilə, Misirdə, Çində, Babildə və Akkadlar dövründə inkişaf edən falçılıq düşüncəsi daha sonra digər ərazilərə də yayılıb. Həmin dövrdə ən çox istifadə olunan fal növü daxili orqanların yoxlanılması idi.

Qədim Yunanıstan və Romada fal həyatın hər sahəsində geniş yayılmışdı. Kahin adı verilən şəxslər quşların davranışlarını müşahidə etməklə, heyvanların orqanlarına və ya ulduzlara baxmaqla gələcək haqqında məlumatlar verirdilər. Türk xalqları arasında isə müsəlman olmazdan əvvəlki dövrlərdə fal şamanizm inancıyla eyniləşmiş, heyvan sümüyü, ox və yay ilə fala baxılıb. Zaman keçdikcə falda istifadə olunan metod və üsullarla əlaqədar ulduz falı, kart falı, su falı və s. fal növləri ortaya çıxdı.

Yəhudilərdə də gələcəyi kəşf etmək, bilinməyəni anlamaq tələbatı ilə bu işi görən şəxslər və metodlar mövcuddur. Lakin yəhudilərin müqəddəs kitabında hər cür kəhanət və fal qadağan edilib.

Yəhudilərdəki qədər olmasa da, fal və kəhanət xristianların həyatında da mühüm ənənə olub. Xristianlarda falçılığın əsasları Yunan-Roma və yəhudi ənənəsindən qaynaqlanır.

Falçılığa qadağa

Müxtəlif dövlətlər cəmiyyətdə mənfi meyillərin artmasına və dələduzluq yolu ilə insanların aldadılmasına səbəb olduğu üçün falçılığı qadağan etməyə məcbur olublar. Məsələn, ABŞ-ın bəzi ştatlarında falçılığın qadağan olunması ilə əlaqəli yerli və dövlət qanunları mövcuddur. Belə ki, bu qanunların bəziləri falçılıq termininin işlədilməməsini, bunun başqa terminlərlə ifadəsini (mənəvi dəstək, psixoloji yardım) tələb edir. Elə qanunlar da var ki, ümumiyyətlə, bu fəaliyyət növünü qadağan edir. Yeni Zelandiyada da falçılıq cinayət hesab olunur və bu işlə məşğul olduğu aşkarlanan şəxs yüksək məbləğdə cərimə edilir.

Səudiyyə Ərəbistanında və bəzi müsəlman ölkələrində isə falçılıq, ümumiyyətlə, qadağandır və bu əməl ölüm və yaxud ömürlük həbslə cəzalandırılır.

Molla Ələkbər Sabirin 
"Molla Fatı camaatı cadu qurub soydu yenə, 
Baxdı fala bir çuvala qırx adamı qoydu yenə" 
sətirlərinin aktuallığının itmədiyini təəssüf hissi ilə vurğulayan Elmir Əkbər bildirib ki, indi Fatılardan daha çox "kişilər" bu işlərə meyl edirlər. Təbii ki, bunun arxasında cəhalət, nadanlıq durur. Fala, caduya inanan insanlar elmdən, savaddan uzaqdırlar. Müasir elmin nəticəsi olan mobil telefonlardan həvəslə istifadə edirlər, amma öz daxili psixoloji problemlərini, yanlış düşüncələrini həll etmək üçün cəhalətə üz tuturlar". 

Psixoloq bildirib ki, falçıların gündəmdən düşməməsinin digər bir səbəbi isə cəmiyyətimizdəki bəzi insanların "Allahsız" olmağıdır:

"İslam dini falçılığı ümumiyyətlə qəbul etmir. Bu ona görə deyil ki, cadu etmək və ya fala baxmağın mahiyyəti günahdır. Xeyr. Belə şeylər onsuz da fırıldaqçılıqdır. Dinimizdə bütün dələduzluqlar günah hesab edilir".

"İnsanlar son mərhələdə olan onkoloji xəstəni, şizofrenləri və s. müalicə etdirmək əvəzinə ekstrasenslərin, cadugərlərin yanına aparırlar. Həmin dələduzlar da hər il özlərinə yeni adlar tapırlar. Məsələn, hazırda "thetahealing", guya mövcud olan "psevda" elmi aktualdır. Hətta özlərini psixoloq adlandırıb camaatı "İkinci seansdan sonra qapınıza elçi gələcək" deyə aldadanlar da var. İnsanlar da belə fırıldaqlara inanıb xeyli pul, hətta kilolarla qızıl xərcləyirlər. Bu şeylərin adı nadanlıq, elmdən qaçmaq və günaha meyillilikdən ibarətdir", - deyə o əlavə edib. 

Bəs falçılıq cinayət məsuliyyəti daşıyırmı?

Əgər falçıların əməlləri sağlamlığa zərər verirsə, əlbəttə bu zaman qanun çərçivəsində işlər görülməlidir. Hətta məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan qanunlarında vicdan azadlığı deyilən bir anlayış var. Hər bir vətəndaşın vicdan azadlığı var. Həmçinin hər bir vətəndaş ticarətlə məşğul ola bilər. Yəni bu qanunla qadağan olunmur. Falçılar da bir növ bu işlə məşğul kimi özlərini göstərirlər. Falçılar qeyri-qanuni fəaliyyət göstərirlər. Onların ciddi əməlləri aşkar olunduqda qanun qarşısında cavab verməlidirlər.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:132
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 23 Noyabr 2024 06:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

TƏCİLİ: Metroya giriş bağlandı Nə baş verir?

19 Oktyabr 2025 04:03see264

Pezeşkian bu türk ölkəsinə səfər edəcək

19 Oktyabr 2025 02:00see236

“Bu gün layiq olduğumuz qələbə əldə etdik”

19 Oktyabr 2025 19:14see180

Trampdan sonra Vens də İsrailə gedir

18 Oktyabr 2025 16:58see176

Bakının bir çox yollarında nəqliyyatın sıxlığı müşahidə olunur SİYAHI

20 Oktyabr 2025 08:25see170

Gürcüstandan çıxarılan Azərbaycan vətəndaşlarının sayı açıqlanıb

18 Oktyabr 2025 20:59see169

Qızıl altı min dollara qədər bahalaşa bilər

18 Oktyabr 2025 15:58see154

Abakar Abakarov İstanbulda ölü tapıldı

18 Oktyabr 2025 19:41see136

Azərbaycanın “AI 92” markalı benzini idxal və ixrac etdiyi ölkələr SİYAHI

18 Oktyabr 2025 17:24see133

Sarıkökün bu faydalarını çoxları bilmir

20 Oktyabr 2025 07:01see132

Rəştdən Həştərxana birbaşa uçuşlar başladı

19 Oktyabr 2025 19:10see131

Yəmən sahillərində tanker partladı: 24 ekipaj üzvü...

19 Oktyabr 2025 01:17see128

İspaniya La Liqası: Real Madrid səfərdən 3 xalla qayıdır

20 Oktyabr 2025 01:12see127

Netanyahudan Rəfah keçid məntəqəsinin açılması barədə məlumata REAKSİYA

19 Oktyabr 2025 00:16see127

Həkimlər soyuq mövsümdə immuniteti gücləndirməyin yollarını açıqlayıblar

19 Oktyabr 2025 07:43see126

Əməliyyat otaqlarında niyə yalnız yaşıl və mavi geyimlərə icazə verilir?

19 Oktyabr 2025 04:05see126

Tbilisidəki son etirazlara görə 14 nəfər saxlanıldı

19 Oktyabr 2025 18:49see126

Yer kürəsində oktyabr ayının üçüncü maqnit qasırğası başlayıb

19 Oktyabr 2025 04:50see126

Tramp görüşü zamanı daim Zelenskiyə söyüş söyürdü

19 Oktyabr 2025 23:19see125

Ferhat Göçer Bakıda!

18 Oktyabr 2025 17:07see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri