Icma.az
close
up
RU
“İndi müharibə vaxtı deyil” Arda Turan dünya liderlərinə səsləndi

“İndi müharibə vaxtı deyil” Arda Turan dünya liderlərinə səsləndi

Icma.az, Qafqazinfo saytına istinadən bildirir.

“Şaxtyor”un (Donetsk) türkiyəli baş məşqçisi Arda Turan hazırda müharibənin getdiyi Ukraynada futbol oynamağın çətinliklərinə toxunub. 

“Qafqazinfo” xəbər verir ki, o bu barədə UEFA Konfrans Liqasında “Şemrok Rovers”lə oyundan əvvəl keçirilən mətbuat konfransında danışıb.

Çalışdırıcı bildirib ki, hadisələrə neqativ yanaşmaq istəmir: “Bu matç üçün 16 saatlıq yol gəlmişik. Düzdür, neqativ şeylər haqqında danışmaq istəmirəm. Oyunçularıma da təşəkkür edirəm. Təşkilatçılığımız əladır. Mükəmməl avtobusumuz və təyyarəmiz var, amma 16 saatlıq yol bir futbol komandası üçün çox çətindir. Bu, özəl məşqlər üçün problem yaradır”.

Türkiyəli məşqçi həmçinin dünya liderlərinə də müraciət edib: “Ukrayna xalqının həyata baxışını və möhkəmliyini yüksək qiymətləndirirəm. Mən ora gedəndə bombalar var idi. İnsanlar rahatlıqla deyirdilər ki, “yaxşı, raket atıldı, keçdi”. Pilotsuz uçuş aparatları artıq onlar üçün problem deyil. Məndən olsa, 100 dənə problem sayaram, ama artıq baxış bucağımı o insanlara görə dəyişdirirəm. Buradan dünya liderlərinə də demək istəyirəm. Bu, bəlkə Tramp ola bilər, bəlkə Putin, bəlkə Ərdoğan, bəlkə də Zelenski... 

Amma hazırda uşaqlar üçün həyat çox çətindir. Müharibə nədir? Uşaqlar Mars və digər planetləri xəyal edə bilərdilər. İndi müharibə vaxtı deyil. Kiyevdə bir gün keçirsəniz, bəlkə onda futbol haqqında danışa bilərik. Ukrayna xalqını sevirəm, oyunçularımı da. Bu məsələ mənim üçün həssasdır, ona görə də danışmaq istədim”. 

Qeyd edək ki, UEFA Konfrans Liqası çərçivəsində keçiriləcək “Şemrok Rovers”- “Şaxtyor Donetsk” qarşılaşması bu gecə saat 00:00-da “Talla” stadionunda baş tutacaq. 

Daha ətraflı videoda: 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:158
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 27 Noyabr 2025 10:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xəzər dənizinin Azərbaycan sahillərinin dövlət idarəçiliyi

17 Noyabr 2026 23:52see375

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

18 Noyabr 2026 01:28see349

2027 ci ildən Bakıya köç daha da artacaq?

17 Noyabr 2026 23:20see337

Dünya onların görüşünə köklənib: Müharibələrə son qoyulacaq?

18 Noyabr 2026 13:51see295

Diş əti qanaması hansı daxili xəstəliklərin əlamətidir?

17 Noyabr 2026 23:18see281

İki zəhərli ilanı təyyarəyə keçirmək istədi

17 Noyabr 2026 23:17see263

Bu hərəkətlər davam edərsə.. SEPAH generalı Bəhreyn hökümətini HƏDƏLƏDİ

18 Noyabr 2026 02:03see250

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

18 Noyabr 2026 12:19see248

Braziliya millisindən darmadağın: Vinisius het trik etdi

18 Noyabr 2026 00:46see246

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see243

Bossların bossu” vəfat etdi Pablo Eskobarla əməkdaşlıq edib

18 Noyabr 2026 01:52see232

Polad Həşimovun anası xəstəxanadan evə buraxılıb TƏBİB

18 Noyabr 2026 01:24see231

Nənə tarladan 20 min qiyməti olan qızıl tapıb

18 Noyabr 2026 02:56see228

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see221

“Səhiyyə sahəsində vergi və sosial ödənişlərə yenidən baxılmalıdır”

18 Noyabr 2026 12:29see217

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see216

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see198

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see197

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see196

Vətən müharibəsinin xronikası: 16 oktyabrda Xocavəndin bir sıra kəndləri işğaldan azad edilib

18 Noyabr 2026 04:19see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri