Icma.az
close
up
RU
İndiki milli ilə əvvəlki arasında yerlə göy qədər fərq var Aslan Kərimov

İndiki milli ilə əvvəlki arasında yerlə göy qədər fərq var Aslan Kərimov

Icma.az, Fanat saytına istinadən bildirir.

DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində Parisdə Fransa yığmasına 0:3 hesabı ilə uduzan Azərbaycan millisi növbəti oyununu Polşanın Krakov şəhərində Ukraynaya qarşı keçirdi və 1:2 hesabı ilə məğlub oldu. Tanınmış futbol mütəxəssisi, millimizin sabiq yarımmüdafiəçisi Aslan Kərimovla əlaqə saxlayıb təmsilçimizin son matçını dəyərləndirməsini xahiş etdik.

Onun Fanat.Az-a açıqlaması belə oldu:

"Çətin Paris səfərindən üç gün sonra daha bir güclü rəqiblə oyuna hazırlaşmaq çətin idi. Amma baş məşqçi Ayxan Abbasovun dəyişiklikləri komandamızın Ukrayna ilə matça gümrah çıxmasını şərtləndirdi. Yaxşı mənada təəccübləndiyim bir məqamı da vurğulayım: Nəriman Axundzadə ağır zədədən sonra hardasa, 70 dəqiqə yüksək səviyyədə mübarizə apardı. Onun nominal hücumçu mövqeyində effekti ola biləcəyini təxmin edirdik. Amma zədə probleminə geridə qoyduğunu isbatlaması xoş reallıqdır. Yaratdığımız ilk fürsəti əldən versə də, ikinci şansı dəyərləndirdi. Ümumi götürsək, çatışmazlıqlarımız da var. Komandamızın əvvəlki matçları ilə indiki oyunları arasında həddindən artıq böyük fərq sezilir. Polşadakı qarşılaşmada top saxlayır, hücumda çoxala bilirdik. Həm taktiki planda, həm də əzmkarlıq baxımından. Əvvəlki milli ilə indiki arasında yerlə göy qədər fərq var. Hə, əvvəl də baş məşqçinin tapşırıqlarını yerinə yetirməyə çalışırdılar. Amma ona inanıb-inanmadıqları böyük sual doğururdu. Son qarşılaşmalarda baş məşqçi ilə oyunçuların eyni istiqamətdə getdiklərini gördük. Hesab 1:2 olandan sonra riskli oynamağa başladıq və rəqib təhlükəni hiss edərək müdafiəyə çəkilmək məcburiyyətində qaldı. Onları qapılarına doğru sıxışdırmağı bacardıq. Bu başqa məsələ ki, biz açıq futbol oynayanda rəqib də kəsərli əks-həmlələr təşkil edirdi. Ukraynanın sayılmayan üçüncü qoluna baxsaq, ani boşluqdan necə faydalandıqlarını görərik.

Nəticələrə gəlincə, Fransa, Ukrayna kimi komandalardan oyunçuların ustalıq səviyyəsinə görə çox geri qalırıq. Taktiki savaşda bəlkə Ukraynaya qalib gəldik. Lakin rəqibizin keyfiyyəti daha yüksəkdirsə, qol da buraxırsan, məğlub da olursan. Millətlər Liqasında səviyyəcə özümüzə yaxın rəqiblərlə mübarizə apara və uğur qazana bilərik. Özümüzdən güclü yığmalara qarşı matçlarda nəticə verməyimiz üçün millinin bəzi futbolçuları daha güclü liqalarda oynamalıdırlar. Yalnız Azərbaycan çempionatında oynamaqla ciddi nəticələrə imza atmaq çətin məsələdir. Tutaq ki, Albaniya, Gürcüstan kimi kollektivlər də özlərindən güclülərlə qarşılaşarkən dərin müdafiəyə üstünlük verir, ölkə xaricində oynayan futbolçularının hesabına daha çox şeyə nail olmağı bacarır və böyük turnirlərin əsas mərhələlərində iştirak hüququ qazanırlar. Məsələn, son Avropa çempionatına qatılan Gürcüstan da 5-4-1 düzümü ilə mübarizə aparırdı. Hazırda müdafiə olna bilirik, amma hücum potensialımız Şimali Makedoniya, Albaniya və Gürcüstanınkından aşkar şəkildə geri qalır. Hə, "Qarabağ" Çempionlar Liqasında mübarizə aparır, amma "Qarabağ"ın da gücü daha çox millinin müdafiə xəttinə fayda verir. Almaniya Bundesliqasında, Niderland Eredivizyasında, İtaliya A Seriyasında, İngiltərə Premyer Liqasında oynayan iki-üç futbolçumuz olsa, nəticə də qazana bilərik".

Nihat

Abunə Ol

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:178
embedMənbə:https://fanat.az
archiveBu xəbər 15 Oktyabr 2025 16:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see330

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see322

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see313

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see272

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see269

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see254

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see250

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see249

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see248

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see236

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see234

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see232

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see214

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see212

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see211

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see206

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see195

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see194

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see184

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri