Icma.az
close
up
RU
İndiyədək 6 dəfə görüşmüşdülər FOTOLAR

İndiyədək 6 dəfə görüşmüşdülər FOTOLAR

Icma.az, Modern.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

ABŞ Prezidenti Donald Tramp və Rusiya Prezidenti Vladimir Putin Alyaska ştatında bir araya gəliblər.

Onların görüşü bağlı qapılar arxasında keçirilir. Danışıqların əsas mövzusu Rusiya–Ukrayna müharibəsi və mümkün atəşkəs razılaşması olacaq. Bu, Trampın ikinci prezidentlik müddətində iki liderin ilk görüşü kimi tarixə düşəcək.

Tramp və Putinin şəxsi görüşləri uzun illərdir beynəlxalq siyasətdə diqqət mərkəzindədir. Onların keçmişdəki danışıqları ABŞ–Rusiya münasibətlərinə, eləcə də qlobal diplomatiyaya ciddi təsir göstərib.

Modern.az-ın məlumatına görə, Putinlə Tramp bu danışıqlara kimi 6 dəfə rəsmi və qeyri-rəsmi görüş keçirib.

Görüşlərin xronologiyasını təqdim edirik:

7 iyul 2017 — İlk rəsmi görüş Hamburqda keçirilən “G20” sammitində baş tutub. Danışıqlar iki saatdan çox davam edib. Tramp 2016-cı il seçkilərinə müdaxilə məsələsini qaldırsa da, Putin bunu inkar edib. Görüşün nəticəsi olaraq Suriyanın bəzi bölgələrində atəşkəs razılaşdırılıb və Ukrayna üzrə xüsusi elçi təyin olunub.

11 noyabr 2017 — İkinci görüş Vyetnamın Da Nanq şəhərindəki APEC sammitində olub. Qısa və qeyri-rəsmi görüşdə əsas müzakirə mövzuları Suriya müharibəsi və seçkilərə müdaxilə iddiaları olub.

16 iyul 2018 — Helsinkidə keçirilən sammit iki hissədən ibarət olub: iki saatlıq qapalı görüş və birgə mətbuat konfransı. Tramp ABŞ kəşfiyyatının hesabatlarını qeyd etsə də, Putinin “güclü” inkarına istinad etməsi ölkə daxilində kəskin tənqid doğurub.

30 noyabr 2018 — Buenos-Ayresdə “G20” sammiti çərçivəsində liderlər rəsmi görüş keçirməsələr də, dünya liderləri üçün təşkil olunan rəsmi şam yeməyində qısa söhbət ediblər.

28 iyun 2019 — Yaponiyanın Osaka şəhərindəki “G20” sammitində növbəti görüş baş tutub. Tramp jurnalistin sualına zarafatla “Seçkilərə qarışmayın, xahiş edirəm” cavabını verib. Putin isə onu 2020-ci il Qələbə Paradına dəvət edib, lakin Tramp tədbirə qatılmayıb.

Beləliklə, Tramp və Putin Trampın ilk prezidentliyi dövründə altı dəfə rəsmi və qeyri-rəsmi formatlarda görüşüb. Alyaskada keçirilən bugünkü sammit isə onların yeddinci görüşü olacaq.

Elnur Əmirov 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:138
embedMənbə:https://modern.az
archiveBu xəbər 16 Avqust 2025 00:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see302

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see301

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see291

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see260

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see255

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see248

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see243

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see238

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see236

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see226

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see214

Yoxa çıxan avropalı müşahidəçilər: “təhlükəsizlik mütəxəssisləri” haradadırlar?

21 Oktyabr 2026 10:33see213

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see212

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see211

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see209

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see207

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see199

Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib

21 Oktyabr 2026 14:13see199

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see191

ABŞ nin Ukraynaya diplomatik təzyiqi artır

21 Oktyabr 2026 15:51see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri