Icma.az
close
up
RU
“İndiyədək heç bir ABŞ Prezidenti Azərbaycana səfər etməyib...” ZAHİD ORUC

“İndiyədək heç bir ABŞ Prezidenti Azərbaycana səfər etməyib...” ZAHİD ORUC

Icma.az xəbər verir, Azpolitika.az saytına əsaslanaraq.

“ADA Beynəlxalq Forumunda almaniyalı tədqiqatçı Prezident İlham Əliyevdən soruşdu ki, İsrail və Türkiyə arasında münasibətlərin normallaşması üçün dövlətimizin təşəbbüsləri varmı? Sual, əlbəttə, ölkəmizin regional və beynəlxalq təhlükəsizliyə verdiyi tarixi töhfələrdən qaynaqlanırdı. Təkcə 2017-ci ildə ABŞ - Rusiya, 2020-ci ildə NATO - Rusiya yüksək çinli görüşləri ilə qlobal nizama məhz paytaxtımızda nail olmuşdular”.

“AzPolitika” xəbər verir ki, bunları Milli Məclisin bugünkü iclasındakı çıxışında STM sədri, millət vəkili Zahid Oruc dilə gətirib.

STM sədri çıxışının davamında deyib:

“Ölkəmizin barışdırıcı rolu ərazilərimiz işğalda olanda da qəbul edilib. Yaxın Şərq, Mərkəzi Asiya və Cənubi Qafqaz arasında iqtisadi-siyasi və təhlükəsizlik bağları Bakıdan keçir.

Suriyada orduları üz-üzə gələn İsrail və Türkiyənin məxfi xidmət orqanları rəhbərlərinin iki gün əvvəl paytaxtımızda görüşü qlobal təhükəsizlik üçün misilsiz hadisədir. Ölkəmiz Qəzzada savaşı deyil, beynəlxalq hüququ üstün tutduğu üçün hücumlara məruz qalır. Yəhudi və türk dünyasını toqquşdurmaq üçün erməni, Fransa, Kanada, Hindistan və onlarla dövlət çalışır. İsraillə gərginlik Azərbaycan - Türkiyə münasibətlərinə zərbə vurmaq istəyən qüvvələrə fürsət verir. Dünyada antisemitizm dalğasının yüksəlişi fonunda yəhudi icmasına örnək münasibət asan deyil.

Qarabağn xilaskarı İlham Əliyev İkinci Dünya müharibəsindən sonra tam və qəti qələbə ilə başa çatan tək savaşın qalibi kimi yeni münaqişələrin qarşısını alır. Azərbaycan islam dünyasının ən böyük yəhudi və xristian icmalarının təhlükəsiz evidir. Torpaqlarımız fərqli millətlərin və dinlərin çiyin-çiyinə şəhidliyi ilə azad olunub.

İkinci Qarabağ müharibəsində qələbəmizdə İsrail silahları mühüm rol oynayıb. Azərbaycanlı-yəhudi diaspor təşkilatları erməni lobbisinin dağıdıcı təsirinin qarşısını alıb. Bakı ərəb dünyası ilə vasitəçi rolunda çıxış edib.

Vaşinqton Bakı ilə əlaqələrini gücləndirmək üçün İsraildən nümunə götürə bilər. Biz Ağ Evdən hərbi yardım istəmirik. Lakin tarif müharibələrində trilyon dollarlıq iqtisadi itkilərin yüzdə biri ilə bütün məcburi köçkünlərimizi doğma evlərinə qaytarmaq olardı. Halbuki, Şuşada Ağ Evi xalqımız özü tikir.

30 illik işğala dəstək verən sabiq amerikalı prezidentlərin mirasına son qoymaq üçün indi tarixi fürsət yaranıb. 2003-cü ildə qızılgül inqilabının liderinə çevirdikləri Saakaşvili ilə demokratiya duetinə çıxan Corc Buşdan fərqli olaraq, Donald Tramp Azərbaycanla daha yaxın münasibətlərə malik olub. Ağ Evin yeni sahibi son məktubunda Prezidentimizə ehtiram göstərib və birgə işləməyə çağırıb. İndiyədək heç bir ABŞ Prezidenti Azərbaycana səfər etməyib, qonşu və uzaq dövlət rəhbərləri isə müqəddəs Odu və ruhu Qoca Şərqdən alıblar...

Bir vaxtlar Ağdam məscidinin bir parçasını Ulu öndərə ad günü hədiyyəsitək gətirən səfir Keri Kavanonun vəfadarlığı, xeyirxahlığı unudulmayıb. Ali Baş Komandanın arxitektorluğu ilə həmin azad daş öz yerinə qoyulub, Allah Evi bütövlüyünə qovuşub.

Tanrıya dua üçün azad torpaqlarımızdakı məscidlər bütün liderlərin üzünə açıqdır!”

“AzPolitika.info”

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:78
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 11 Aprel 2025 12:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see253

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see199

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see163

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see156

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see148

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see148

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see144

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see142

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see141

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see139

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see136

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see135

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see135

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see135

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see133

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see133

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see130

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see129

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri