Icma.az
close
up
RU
İndiyədək “nə Türkiyəni, nə də xalqımızı məyus etmişik...”

İndiyədək “nə Türkiyəni, nə də xalqımızı məyus etmişik...”

Icma.az, Xalq qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

İmran BƏDİRXANLI
imranbedirxanlı[email protected]

AKP (Ədalət və İnkişaf Partiyası – red.) yarandığı ildə daim yeniləşən, dəyişən, inkişaf edən və yüksələn siyasi təşkilat kimi tanınır. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın yenidən sədri seçildiyi AKP-nin qurultayında dediyi bu sözlər reallığa söykənən etirafdır: “23,5 il ərzində nə Türkiyəni, nə də xalqımızı məyus etmişik və bundan sonra da ruhdan düşməyəcəyik. Xalqa və ölkəmizə xidmət etmək üçün dayanmayacağıq, tərəddüd etmədən hərəkətə keçəcəyik”.

Üzvlərinin sayına görə dünyanın ən böyük 5 partiyası sarasında yer alan AKP ötən müddətdə Türkiyənin hilallı-ulduzlu al-qırmızı bayrağını ən yüksək zirvələrə daşıyan, onu türk dünyasının öncülü edən təşkilatdır. Zəfərlərinin əkiz qardaşı olan Azərbaycanın Türkiyə ilə çiyin-çiyinə, yanaşı yeriməsi isə dünyanın ən yeni tarixinə qızıl hərflərlə yazılan səhifədir.

AKP-nin bazar günü Ankarada keçirilən VIII növbədənkənar qurultayında Rəcəb Tayyib Ərdoğan yenidən sədr seçildi. Partiyanın İdarə Heyətinə yeni nəfəs verməyi hədəfləyən lider kadrların 40 faizini dəyişdi, idarəetməyə yeni isimlər cəlb etdi. Bizim üçün maraq kəsb edən fakt odur ki, yenilərin sırasında Azərbaycanın yaxın dostu Mövlud Çavuşoğlu, tanınmış türk futbolçu Məsud Özül də var. Bundan heç də az əhəmiyyət daşımayan ikinci fakt isə AKP-də türk dövlətləri ilə əlaqələrə məsul sədr müavini postunun təsis edilməsi oldu.

“Yaşamaq şərəfinə nail olacağımız yeganə dövlət Türkiyədir, oxuyacağımız yeganə himn İqtiqlal marşıdır, kölgəsində güvəndiyimiz yeganə bayraq hilal-ulduzlu qırmızı bayrağımızdır”– sözləri ilə salonu çoşduran R.T.Ərdoğan məmləkətin qarşısında duran iki əsas problemə diqqəti çəkdi: inflyasiya və terror. İqtidar partiyasının lideri vətəndaşaları əmin etdi ki, ölkə iqtisadiyyatının davamlı və əhatəli inkişafının əsaslarını gücləndirəcək yeni addımlar atılacaq. O, ölkə əhalisinin daha qüdrətli və daha da inkişaf etmiş bir Türkiyədə yaşamaları üçün bundan sonra da əzmlə çalışacağını bildirdi.

Partiyadaşları qarşısında çıxışında Ərdoğan maraqlı bir statistikanı da açıqladı: Türkiyə kənd təsərrüfatı məhsullarının istehsalına görə Avropada birinci, turizmdə 4-cü, dünyada isə 5-ci yerə yüksəlib. Qardaş Türkiyə bir ildə turizmdən 61 milyard ABŞ dollarından çox gəlir əldə edib, ixracatın həcmi isə 262 milyard dollara çatdırıb.

Bəli, bayrağını zirvələrə qaldırdığı Türkiyənin “böyük dəyişikliklərin, nəfəskəsən iqtisadi sıçrayışın astanasında” olduğunu bəyan edən R.T.Ərdoğan dövlətin 40 ildir əziyyət çəkdiyi “terrorun divarlarını” uçuracaqlarını da əminliklə söylədi.

Çıxışında “demokratiyanı zəhərləyən, onun üzərinə terror və oğurluq kölgəsi salan, həqiqətlə əlaqəsi hər keçən gün daha da kəsilən müxalifət problemimiz var. Bu “zəhərli demokratiyanın” əlacı Ədalət və İnkişaf Partiyası və Cümhur İttifaqıdır” – deyən AKP sədri müalicə alan MHP liderinə Tanrıdan şəfa dilədi, ona Türkiyənin güclənməsi üçün göstərdiyi fəaliyyətə görə təşəkkür etdi. Qurultaylararası müddətdə partiyanın yerli təşkilat rəhbərlərinin təxminən dörddə üçü dəyişib. AKP lideri onu da dedi ki, estafeti götürənlərdən əzmkar və fəal iş gözləyir.

AKP-nin başqan müavini Mustafa Şenin açıqladığı sosioloji sorğunun nəticələri də maraqla qarşılanıb. Onun sözlərinə görə, ölkədəki problemləri kimin həll edə biləcəyi barədə sorğuda iştirak edənlər birinci yerdə Rəcəb Tayyib Ərdoğanın və AKP-nin adını çəkib. “Keçirilən sorğularda Ədalət və İnkişaf Partiyası 3-4 aydır birinciliyi saxlamaqdadır. Səs nisbətimiz CHP və ondan sonrakı partiyaya verilən səslərin cəminə yaxındır” – deyə başqan müavini bildirib.

Yəni, özünə və liderinə xalqın güvəndiyi partiya olaraq AKP bundan sonra da iqtidarda olmağa iddialıdır. Bu həqiqəti bütün Türkiyə qəbul edir ki, R.T.Ərdoğan AKP-ni hakimiyyətə gətirən və saxlayan yeganə siyasətçi olaraq qalmaqdadır. Doğrudur, Ərdoğandan sonra partiyaya liderlik edə biləcək keyfiyyətdə kadrların yetişdiyi də söylənilir. Amma son aylar Türkiyə Prezidentinin üçüncü dəfə dövlət başçısı vəzifəsinə namizəd ola biləcəyinin mümkünlüyü ətrafında gedən müzakirələr Ərdoğanın hələlik alternativsiz lider olduğuna bir mesajdır. Konstitusiyaya görə, Böyük Millət Məclisi növbədənkənar seçkilər keçirmək barədə qərar qəbul edərsə, o zaman R.T.Ərdoğan yenidən birinci posta namizəd ola bilər.

Amma bunu əminliklə yaza bilərik ki, sabah 71 yaşı tamam olacaq Rəcəb Tayyib Ərdoğan AKP-ni hakimiyyətə gətirən və onu 23 il hakimiyyətdə saxlamağı bacaran yeganə siyasətçi kimi adını Türkiyə Cümhuriyyətinin tarixinə yazdırıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:68
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 25 Fevral 2025 09:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara və Ağ Məryəm Bağırova yazır

08 Dekabr 2025 14:14see488

Formula 1: Mövsümün qalibi müəyyənləşdi

07 Dekabr 2025 18:47see187

Tramp “Netflix” “Warner Bros.” anlaşmasına mane ola bilər

07 Dekabr 2025 16:43see172

Ömrün ağırlığı çökmüş vərəqlər Rafael Hüseynov yazır

08 Dekabr 2025 09:43see144

Azad Şabanov “Qızım” mahnısını təqdim etdi VİDEO

08 Dekabr 2025 14:39see142

Sumqayıtda 7 aylıq körpə ölüb

08 Dekabr 2025 00:56see137

Merz: Almaniya Fələstin dövlətini tanımayacaq

07 Dekabr 2025 17:44see137

Volkandan gözlənilməz qərar

07 Dekabr 2025 20:12see136

“Lexus” kanala aşdı 5 nəfər öldü KONKRET

07 Dekabr 2025 09:54see134

Hiperaktivlik vaxtında müalicə olunmasa, uşağın gələcək həyatı təhlükədədir

07 Dekabr 2025 16:01see134

Qəzzada atəşkəsə BMT qüvvələri nəzarət etməlidir” HƏMAS lideri

07 Dekabr 2025 20:34see134

İçərişəhər Dövlət Tarix Memarlıq Qoruğunun ərazisində taktiki xüsusi təlim keçirilib

07 Dekabr 2025 11:52see132

Tehran BƏƏ nin iddialarını rədd etdi: Üç ada İranındır

07 Dekabr 2025 12:57see131

Erməni din xadimlərinin görüşü təxirə salındı Eçmiədzin səbəbi açıqladı

07 Dekabr 2025 19:03see131

Ad gününə lotereya aldı, 500 min dollar uddu

07 Dekabr 2025 10:04see129

Netanyahu siyasətdən getməyəcək

07 Dekabr 2025 19:36see128

İsa bəy Hacınski haqqında gecikmiş KİTAB

08 Dekabr 2025 17:39see125

Orban Türkiyəyə gedir

08 Dekabr 2025 00:58see124

Mütəxəssislər xəbərdarlıq edir: “Tox qarına yatmaq sağlamlıq üçün risklidir”

07 Dekabr 2025 17:01see124

Əsl insan beynindən hazırlanan kompüterlər gəlir

08 Dekabr 2025 03:04see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri