İndoneziya dizel idxal etməyəcək
Bizim media portalından alınan məlumata görə, Icma.az xəbər verir.
İndoneziya hakimiyyət orqanları iyulun 1-dən dizel yanacağının idxalını dayandırmağı və onu yarısı palma yağından ibarət yanacaqla əvəz etməyi planlaşdırır.
Bizim.Media xəbər verir ki, bu barədə ölkənin kənd təsərrüfatı naziri Andi Amran Süleyman bildirib.
“Biz artıq dizel yanacağı idxal etməyəcəyik. 2026-cı il iyulun 1-dən etibarən dizelin idxalını dayandıracağıq. Bioyanacaqdan istifadə etməyə başlayacağıq. Bu, İndoneziya üçün gələcəyin enerjisidir, çünki palma yağından istehsal olunur”, – deyə nazir qeyd edib.
Rəsminin sözlərinə görə, hakimiyyət bu addımı ölkənin enerji müstəqilliyini gücləndirmək məqsədilə atır. Nazir qeyd edib ki, palma yağı vasitəsilə yalnız dizelə alternativ deyil, həm də benzin və etil spirti istehsal etmək mümkündür.
Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:139
Bu xəbər 20 Aprel 2026 21:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















