İndoneziya ilə hava əlaqələrinin gücləndirilməsi müzakirə edildi
Bakivaxti portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Azərbaycan və İndoneziya arasında hava nəqliyyatı əlaqələrinin gücləndirilməsi və turist axınının artırılması mövzuları müzakirə edilib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Azərbaycan Hava Yolları" QSC-nin İdarə Heyətinin sədri Samir Rzayev sosial şəbəkələrdəki hesabında məlumat verib.
Müzakirələr S.Rzayev ilə İndoneziyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Berlian Helmi arasında görüşdə aparılıb.
O qeyd edib ki, görüş çərçivəsində AZAL-ın uzunmüddətli inkişaf strategiyası, xüsusilə donanmasının genişləndirilməsi istiqamətində planları barədə ətraflı məlumat təqdim edilib:
"AZAL ilə İndoneziyanın milli aviadaşıyıcısı "Garuda Indonesia" arasında əməkdaşlıq imkanlarını, eləcə də İndoneziyadan ziyarət məqsədilə səfər edən zəvvarlar üçün Bakının əlverişli tranzit mərkəz kimi rolunu nəzərdən keçirdik. İnanıram ki, bu görüş ölkələrimiz arasında aviasiya sahəsində əməkdaşlığın inkişafına və yeni imkanların reallaşmasına mühüm töhfə verəcək".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:133
Bu xəbər 21 Aprel 2026 15:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















