İndoneziya Karangetanq vulkanında aktivliyin artması ilə bağlı xəbərdarlıq edib
Operativmedia portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Bu artım nəticəsində yüksək temperaturlu vulkanik qazlar, kül və qaya parçalarından ibarət güclü piroklastik axınların vulkanın zirvəsindən aşağıya doğru düşə biləcəyi bildirilib.
"Operativ Media" xəbər verir ki, Antara agentliyi ölkənin Energetika və Mineral Ehtiyatlar Nazirliyinin Geologiya Agentliyinin məlumatlarına istinad edərək xəbər yayıb.
Geologiya Agentliyinin rəhbəri Məhəmməd Vafid bildirib ki, "Dağın zirvəsindəki köhnə lava günbəzi dağıldıqca piroklastik axınlar meydana gələ bilər". Onun sözlərinə görə, bu axınlar, həmçinin yağışlar zamanı lava və palçıq axınlarının toplanmasından qaynaqlanır.
Ekspertlər hesab edirlər ki, vulkanın daxilində toplanan maqma kraterin dərinliklərindən səthə doğru hərəkət edəcək. Həmçinin, müşahidəçilər Karangetanq vulkanının zirvəsində 200 metr hündürlüyə qədər tüstü qatını qeydə alıblar.
İndoneziyada 130-dan çox aktiv vulkan mövcuddur, bunlardan Karangetanq ən aktivlərindən biri sayılır. Vulkanda baş verən püskürmələr adətən güclü lava axınları ilə müşayiət olunur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:141
Bu xəbər 24 Noyabr 2024 20:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















