İndoneziya Qəzza qurbanlarını müvəqqəti olaraq Qalanq adasında yerləşdirəcək
Icma.az, Xalqcebhesi saytına istinadən bildirir.
İndoneziya hökuməti Qəzza zolağının 2000-ə yaxın sakinini müvəqqəti olaraq Qalanq adasında (Riau arxipelaqı) yerləşdirəcək ki, onlara lazımi yardım göstərilsin, deyə Asiya ölkəsi prezidentinin mətbuat katibi Həsən Nasbi bildirib.
"İndoneziya Prezidenti Prabovo Subianto bomba və ya dağıntılar nəticəsində yaralananlar və onların ailələri də daxil olmaqla, müharibənin qurbanı olmuş 2000-ə yaxın qəzzalıya tibbi yardım göstərilməsini əmr edib”, - “Jakarta Globe” qəzeti onun sözlərindən sitat gətirir.
O, bunun evakuasiya ilə bağlı olmadığını, sırf tibbi müalicə ilə bağlı olduğunu və bütün xəstələrin sağaldıqdan sonra Qəzza zolağına qayıdacaqlarını vurğulayıb.
Mətbuat katibinin qeyd etdiyi kimi, Qalanq adasında 1979-1996-cı illərdə müharibədən qaçan vyetnamlı qaçqınlar, COVID-19 pandemiyası zamanı isə xəstəlik aşkarlanan xəstələr yerləşdirilib.
"Qalanq adasında tibbi yardım mərkəzi yaratmaq niyyətindəyik, çünki orada artıq xəstəxana və lazımi yardımçı obyektlər var. Bundan əlavə, Qalanq adası vətəndaşlarımızın yaşadığı digər adalardan da ayrılıb”, - deyə o əlavə edib.
Cavid
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:43
Bu xəbər 08 Avqust 2025 16:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















