İndoneziya və Malayziya yığmalarının müdafiəçiləri “Qarabağ”ın TRANSFER SİYAHISInda
Sportal.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
“Qarabağ”ın transfer radarında olan daha iki futbolçunun adına aydınlıq gəlib.
Sportal.az xəbər verir ki, bunlardan biri İndoneziya yığmasının mərkəz müdafiəçisi Castin Hubnerdir.
Peşəkar karyerasına İngiltərənin “Vulverhempton” klubunda başlamış 22 yaşlı futbolçu bir müddət “Çerezo Osaka”da icarədə olub.
2025-ci ildən bəri isə o, “Fortuna” (Sittard, Niderland) klubunun formasını geyinir. Hubner İndoneziya yığmasında 21 oyun keçirib, 1 qol vurub.
Ağdam klubunun maraqlandığı digər müdafiəçi Dion Kolsdur.
Malayziya yığmasının üzvü peşəkar karyerasına Belçikanın “Leuven” klubunda başlayıb. 30 yaşlı futbolçu “Brügge”, “Midtyulland”, “Sulte Varegem”, “Yablonets”, “Buriram Yunayted” kimi klublarda da çıxış edib.
2025-ci ildən Yaponiyada “Çerezo Osaka”da forma geyinən müdafiəçi vaxtilə Belçikanın aşağı yaş qrupları üzrə yığmalarında çıxış etsə də, 2021-ci ildən Malayziya millisinin formasını geyinir. O, yığmada 38 oyuna 6 qol vurub. (Sportinfo)
saytlarin hazirlanmasi
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:104
Bu xəbər 09 Avqust 2026 14:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















