İndoneziyada 112 milyon dollarlıq vergi qalmaqalı
Azertag saytına istinadən Icma.az xəbər verir.
Bakı, 13 avqust, AZƏRTAC
İndoneziyanın Baş Prokurorluğu (AGO) iki vergi əməkdaşını ölkənin iri sellüloz istehsalçılarından biri ilə bağlı araşdırma çərçivəsində rüşvət almaqda və məhsulların ixrac qiymətinin bilərəkdən aşağı göstərilməsinə şərait yaratmaqda şübhəli bilir.
AZƏRTAC “Reuters”ə istinadla xəbər verir ki, bu barədə Baş Prokurorluğun xüsusi cinayətlər bölməsinin istintaq idarəsinin direktoru Saiful Bahri Siregar bildirib.
Onun sözlərinə görə, “Toba Pulp Lestari” şirkətinin 2008-2025-ci illər ərzində məhsulların ixracında aşağı dəyərli uyğunlaşdırılmış mal kodlarından (HS kodu) istifadə etdiyi ehtimal olunur. Nəticədə dövlətin şirkətdən əldə etməli olduğu korporativ vergi gəlirlərinin azaldığı bildirilir.
İlkin hesablamalara əsasən, dövlətə dəymiş zərərin həcmi təxminən 2 trilyon İndoneziya rupisi, yəni 112 milyon ABŞ dollarına yaxındır.
Prokurorluq iki şübhəlinin adlarını açıqlamayıb. Bildirilib ki, onlar 2020-2024-cü illərdə sözügedən şirkətdə vergi yoxlamalarına nəzarət edən vəzifələrdə çalışıblar.
Siregarin sözlərinə görə, şübhəlilər vəzifə və funksiyalarını qanunsuz şəkildə yerinə yetirməyərək şirkətin fəaliyyətinə nəzarət üzrə öhdəliklərini icra etməyib və bunun müqabilində şirkətdən müəyyən məbləğdə pul alıblar.
Prokurorluq araşdırma çərçivəsində şirkətin özünü şübhəli şəxs qismində cəlb etməyib.
İki şübhəlinin İndoneziyanın Cinayət Məcəlləsinin korrupsiyaya qarşı müddəalarını pozduğu ehtimal edilir. Sözügedən maddə üzrə maksimum cəza ömürlük həbsdir.
Baxış sayı:179
Bu xəbər 13 Avqust 2026 08:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















