İndoneziyada hərbi hazırlıq proqramı faciədən sonra dayandırıldı
Olke.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
"Ölkə.az" xəbər verir ki, bu qərar 45 günlük proqramın ilk iki həftəsi ərzində beş iştirakçının həyatını itirməsindən sonra qəbul edilib.
İyunun 14-də başlayan hərbi hazırlıq proqramına kənd təsərrüfatı müəssisələrinin gələcək rəhbərləri hesab edilən təxminən 35 min nəfər cəlb olunub.
Müdafiə Nazirliyinin məlumatına görə, iyunun 17-dən 26-dək proqramın beş iştirakçısı müxtəlif səbəblərdən vəfat edib. Ölüm hallarına ürəyin dayanması, isti vurması, vərəm və pnevmoniya səbəb olub.
İyunun 28-də isə İndoneziya İnsan Hüquqları Komissiyası hökuməti gələcək dövlət qulluqçuları üçün nəzərdə tutulan əsas hərbi hazırlıq proqramını dayandırmağa çağırıb.
Müdafiə Nazirliyinin nümayəndəsi Riko Sirayt "Reuters"ə bildirib ki, proqramın formatı yenidən işlənib.
"Hərbi texnikadan istifadə, taktiki məşğələlər və atıcılıq hazırlığı proqramdan çıxarılıb. Fiziki hazırlıq üzrə məşqlər də əhəmiyyətli dərəcədə azaldılıb və iştirakçıların mülki hazırlıq səviyyəsi nəzərə alınmaqla uyğunlaşdırılıb", - deyə Sirayt bildirib.
Onun sözlərinə görə, bundan sonra əsas diqqət iştirakçılarda xarakterin formalaşdırılması, nizam-intizamın möhkəmləndirilməsi, liderlik keyfiyyətlərinin inkişafı və komanda şəklində işləmək bacarıqlarının artırılmasına yönəldiləcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:322
Bu xəbər 01 İyul 2026 04:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















