İndoneziyada köhnə sursatların utilizasiyası zamanı baş verən partlayışda 13 nəfər ölüb
Apa.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
İndoneziyanın Qərbi Yava vilayətində köhnə sursatların zərərsizləşdirilməsi zamanı baş verən güclü partlayış nəticəsində azı 13 nəfər həyatını itirib.
APA "Sinxua" agentliyinə istinadən xəbər verir ki, bu barədə İndoneziya Ordusunun rəsmi nümayəndəsi Vaxyu Yudxayana mətbuat konfransında məlumat verib.
Hadisə yerli vaxtla saat 09:30-da Qarut dairəsinin Saqara kəndində qeydə alınıb. Ölənlərdən dördü hərbçi, doqquzu isə yerli sakinlərdir. Yaralılar xəstəxanaya yerləşdirilib.
Partlayışın səbəbləri ilə bağlı araşdırma aparılır.
Baxış sayı:68
Bu xəbər 14 May 2025 07:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















