İndoneziyada vulkan püskürüb, ölənlər var
Azertag saytına istinadən Icma.az xəbər verir.
Bakı, 8 may, AZƏRTAC
İndoneziyanın Şimali Maluku əyalətində yerləşən Dukono vulkanını püskürüb və nəticədə iki nəfər həlak olub.
AZƏRTAC Sinxua agentliyinə istinadla xəbər verir ki, bu barədə yerli polis məlumat yayıb. Bildirilib ki, axtarış-xilasetmə qrupları vulkan püskürməsi nəticəsində ərazidə ilişib qalan təxminən 20 turistin təxliyəsi istiqamətində əməliyyatları davam etdirirlər.
Məlumata görə, Dukono vulkanı yerli vaxtla səhər saat 07:40 radələrində püskürüb və nəticədə vulkan külü təxminən 10 kilometr yüksəklikdə atmosferə yayılıb.
Yerli xilasetmə xidmətləri sakinlərə kraterdən 4 kilometr radiusda yerləşən ərazilərə yaxınlaşmamaq barədə xəbərdarlıq edib. Həmçinin yağışlar zamanı vulkanik palçıq axınlarının yarana biləcəyi bildirilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:75
Bu xəbər 08 May 2026 10:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















